Ana səhifə  |  Albomlar    Videolar    26.04.2017
Az  |  Ru
01.04.15 22:04
Baxılıb::1871

YƏMƏN MÜHARİBƏSİNƏ DOĞRU SƏUD YÜRÜŞÜ VƏ İRANA QARŞI YENİ CƏBHƏ

YƏMƏN MÜHARİBƏSİNƏ DOĞRU SƏUD YÜRÜŞÜ VƏ İRANA QARŞI YENİ CƏBHƏ

ABŞ və Səudiyyə Ərəbistan Yəməndə Husi (Ənsərullah) hərəkatının keçən ilin sentyabrında paytaxt Səna şəhərini ələ keçirməsindən sonra necə bir mürəkkəb geosiyasi vəziyyət ilə qarşı-qarşıya olduqlarını anlayırdılar. ABŞ-ın dəstəklədiyi Yəmən prezidenti Abd-Rabbuh Mənsur əl-Hadi təhqir olunmuşcasına Husilərlə hakimiyyətini bölüşməli oldu və bunun ardınca Husilərə yardım edən Şimali Yəmən tayfaları koalisiyası da Sənaya daxil oldu. Əl Hadi elan etdi ki, milli birlik hökuməti uğrunda danışıqlar başlayacaq. Onun müttəfiqləri ABŞ və S.Ərəbistan isə bu danışıqlardan Husiləri sakitləşdirmək üçün istifadə etməyə çalışırdılar.

Bu gün başlayan müharibə və prezident Mənsur əl Hadinin devrilməsi Husi çevrilişinin nəticələri deyil, proseslərin əksidir. Mənsur əl Hadi devrildi, çünki ABŞ və Səudiyyə Ərəbistanın dəstəyi ilə o, hakimiyyəti bölüşmək haqqında razılaşmaları yerinə yetirməkdən boyun qaçıraraq Yəməndə avtoritar rejim qurmağa çalışdı. Onun Husilər tərəfindən devrilməsi özünün və müttəfiqlərinin planlaşdırdığı dövlət çevrilişinə gözlənilməz reaksiya idi.

Husilər və onların tayfa müttəfiqləri Yəmən əhalisinin əksəriyyətini təşkil edir. Səud sülaləsi və ABŞ heç vaxt düşünməmişdilər ki, Husilər bir gün prezident Əl Hadini devirəcəklər. Ancaq, Husilərin bu reaksiyası 10 il idi ki, hazırlıq içərisində idi. Səudiyyə Ərəbistan və Əl Hadi hələ prezident olmazdan əvvəl Husilərin təqib edilməsinə və Yəməndə tayfa siyasətinin manipulyasiyasına başlamışdılar. Prezident olduqdan sonra Əl Hadi 2011-ci ildə Yəmən milli dialoqu zamanı danışıqlar çərçivəsində əldə olunan konsensusa görə yerinə yetirilməli olan razılaşmaların əleyhinə hərəkət etməyə başladı.

Çevriliş yoxsa əsk-çevriliş: Yəməndə nə baş verdi?

İlk olaraq Husilər Səna şəhərini ələ keçirdikdən sonra hakimiyyətin bölüşdürülməsi haqqında Əl Hadinin təkliflərini rədd edərək onu sözünü tutmayan “mənəviyyatı çürümüş” adlandırdılar. Onun Vaşinqton və Riyada arxalanması və Husiləri cəzalandırma tədbirlərini təşviq etməsi xalq arasında populyarlığını heçə endirmişdi. Hətta noyabr ayında Əl Hadinin öz partiyası, Yəmən Ümumi Xalq Konqressi onu partiya liderliyindən uzaqlaşdırmışdı.

Husilər yanvar ayında prezident sarayını və digər mühüm hökumət binalarınl ələ keçirdilər, fevralın 6-da isə rəsmi olaraq Yəmən Keçid Hökumətini qurdular. Əl Hadi istefaya məcbur edildi. Husilər onun ABŞ və S.Ərəbistan ilə birlikdə Yəməni dağıtmağı planlaşdırığını elan etdilər. Onun istefası ABŞ xarici siysəti üçün böyük bir zərbə oldu.

 

Çünki ölkədə fəaliyyət göstərən Amerika Mərkəzi Kəşfiyyatı (CİA) kəşfiyyat operativləri və hərbi personalı ölkəni tərk etməyə məcbur oldular. Los-Angeles Times 25 marta yayımladığı hesabatında bildirirdi ki, Husilər Yəmən Milli Təhlükəsizlik Bürosuna hücum edərək ölkə prezidentinin CİA ilə əməkdaşlığını və Vaşinqtonun Yəməndəki fəaliyyətlərini ortaya faktlarla dolu sənədləri ələ keçiriblər.

Ədən şəhərinə qaçan Əl Hadi martın 7-də şəhəri Yəmənin müvəqqəti paytaxtı elan etdi. ABŞ, Fransa, Türkiyə və bir sıra Qərbi Avropa dövlətləri Yəməndəki səfirliklərini bağladılar. Səudiyyə Ərəbistan, Qətər, BƏƏ, Küveyt və Bəhreyn isə səfirliklərini Sənadan Ədənə köçürdülər. Əl Hadi isə bu an prezident kimi istefa etməsi ilə bağlı məktubunu keçərsiz hesab edərək sürgün hökuməti qurduğunu elan etdi. Husilər və onların siyasi müttəfiqləri Əl Hadi vasitəsi ilə deyilən tələblərə boyun əyməyi rədd etdilər.

Nəticədə isə, Əl Hadinin xarici işlər naziri Riyad Yaseen Səudiyyə Ərəbistan və digər petro Şeyxlikləri ölkəyə hərbi müdaxilə etməyə çağırdı. Səudiyyə Ərəbistan mediası isə bombalama yürüşünün vacibliyindən və Yəmən üzərində uçuşa qadağan edilmiş zonanın yaradılmasından danışırdı. Husilər hərbi mübarizənin başlayacağını dərk etdilər və buna görə də Yəmənin Əl Ənad kimi avia bazalarını ələ keçirməyə tələsdilər. Onlar Əl Hadini neytrallaşdırmaq məqsədi ilə martın 25-də Ədənə daxil oldular. Artıq Əl Hadi Yəmənin port şəhərini də tərk edərək ölkədən qaçdı və Yəmənə qarşı başladılan müharibəni legitimləşdirmək üçün Ərəb Liqasının Misirdəki görüşünə yollandı.

Yəmən və Orta Şərq geosiyasətinin dəyişməsi

Yəmən də Husi (Ənsarullah) hərəkatının paytaxt Səna şəhərinin ələ keçirməsi İran, Suriya, Hizbullah və ümumi Müqavimət Blokunun ardıcıl regional qələbələrinin baş verdiyi zaman çərçivəsinə təsadüf etdi. Suriyada, Suriya hökuməti öz mövqeyini daha da gücləndirərkən, İraqda mərkəzi Bağdad hökuməti İranın və Tehranla müttəfiq olan yerli milislərin köməyi ilə İŞİD/DAEŞ terror təşkilatlarına ardıcıl zərbə endirməyə başladılar. Orta Şərqdə strateji tarazılıq sürətlə dəyişirdi  və İranın təhlükəsizlik və stabillik “memarı” kimi mərkəzi rolu daha da böyüyürdü. Orta şərqin dörd əsas paytaxtında – Beyrut, Dəməşq, Səna və Bağdadda İranın regional gücü barəsində İsrail baş naziri B.Netanyahu və Səudiyyə Ərəbistan sızıldamağa və şikayət etməyə başlamış, İran ekspansiyasının qarşısını almaq üçün nə isə edilməli olduğunu bildirmişdilər. Ortaya çıxan yeni strateji tarazılıq nəticəsində İsrail və Səudiyyə Ərəbistan İranı neytrallaşdırmaq məqsədi ilə daha sıx regional müttəfiq oldular.

“Ərəblər və yəhudilər eyni səhifədə olanda, insanlar gərək diqqətli olsunlar” – deyə İsrail səfiri Ron Dermer FOX News-a verdiyi açıqlamasında bildirmişdi. Amma, İsrail və Səudların qorxu ticarəti işləmirdi. Gallup Poll-un araşdırmasına görə, ABŞ-İran arasında mümkün nüvə razılşamasına qarşı Netanyahunun Vaşinqonda sərt çıxışı zamanı amerikalıların cəmi 9 faizi İranı ölkənin böyük düşməni olaraq görürdülər.

Yəmən müharibəsi: ABŞ və Səudiyyə Ərəbistanın geostrateji məqsədləri

Yəmən, Səudiyyə Ərəbistan tərəfindən hər zaman asılı əyalət və Riyadın təsir dairəsindəki ərazi hesab edilib. ABŞ isə Bab-əl Məndəb, Ədən Körfəzi və Sokorta adaları üzərində nəzarətini qəti şəkildə əldən vermək niyyətində deyil. Bab-əl Məndəb, Fars Körfəzini Hind okeanı və Qırmızı dəniz vasitəsi ilə Aralıq dənizi ilə birləşdirən beynəlxalq dəniz ticarəti və enerji daşımaları üçün çox mühüm strateji mənzildir. Bab-əl Məndəb boğazı Afrika, Asiya və Avropa arasında ticarət və dəniz daşımacılığı Süveyş kanalı qədər həyati əhəmiyyət kəsb edir. İsrailin əsas narahtçılığı ondan ibarətdir ki, İsrailin Qırmızı dəniz ilə Hind okeanına çıxışının qarşısını ala və İranı hədələmək üçün Fars Körfəzinə hərbi dənizaltılarını göndərməsinə əngəl törədə bilər.

Məhz buna görə də, Netanyahunun 3 martda Capitol Hill-də Yəmən xüsusi yer tutsa da, New-York Times onun çıxışını “Konqress qarşısında qeyr-inandırıcı nitq” adlandırmışdı.

Əlbəttə ki, Riyad İran ilə müttəfiq bir Yəməndən və ardınca Ərəbistan yarımadasında S.Ərəbistana qarşı baş verə biləcək yeni üsyanlardan ciddi qorxu içindədir. Qlobal rəqiblərini düşündükdə ABŞ da eyni qorxunu daşımaqdadır. İran, Rusiya və Çinin Yəməndə strateji üstünlük əldə etməsi Vaşinqtonun Ədən körfəzi və Bab-əl Məndəb boğazı üzərindəki maraqlarını açıqca təhdid edə və regional nüfuzunu sarsıda bilər.

Yəmənin beynəlxalq strateji dəhlizlər baxımından geosiyasi əhəmiyyətinə əlavə olaraq, onun hərbi raket arsenalına da xüsusi diqqət yetirilməlidir. Yəmənin bu raketləri Ədən Körfəzi və Bab-əl Məndəb boğazındakı istənilən hərbi gəmini məhv edəcək gücə sahibdir. Məhz buna görə də, Səudiyyə Ərəbistanın Yəmənin strateji raket depolarına hava zərbələri birbaşa olaraq ABŞ və İsrailin maraqlarına xidmət edir. Məqsəd sadəcə həmin raketlərin Səudiyyənin hücumlarına cavab olaraq istifadə edilməsinin əngəllənməsi deyil, eyni zamanda onların İran, Rusiya  və Çinlə müttəfiq ola biləcək Yəmən hökumətinin əlinə keçməsinin qarşısını almaqdır.

Yəmən müharibəsinə doğru Səud yürüşü və İrana qarşı yeni cəbhə

Regional güc olan İranla təkbaşına toqquşa bilməyəcəyini yaxşı dərk edən Pakistana İran və Müqavimət Bloku ilə konfrontasiya üçün regional müttəfiqlik alyanslarını gücləndirməyə çalışır. Bu baxımdan, Riyad Misir, Türkiyə və S.Ərəbistana xüsusi olaraq ehtiyac duymaqdadır. Yalnış şəkildə “sünni alyansı və yaxdu paktı” adlandırılan bu ittifaq İran və onun regional müttfiqlər ilə toqquşmada Səudiyyə Ərəbistana yardım etməlidir. Əbu-Dabi əmirliyinin şahzadəsi Məhəmməd ibn Zayed ibn Sultan əl-Nəhyan və BƏƏ ali hərbi komandiri Mərakeşə səfəri və Yəməndə Husilərə kollektiv zərbə vurulması haqqında danışıqlar Ərəb Petro Şeyxliklərinin yardımına İordaniya və Misir ilə birlikdə Mərakeşi də cəlb etmək siyasətinin bir parçasıdır. Körfəz Əməkdaşlıq Təşkilatının (KƏT) üzvləri arasında prosedən kənarda qalan Oman Sultanlığı oldu. Oman İranla dostca münasibətləri nəzərə alaraq Yəmənə müharibə elan etməyi rədd etdi.

Ancaq, Oman dövləti S.Ərəbistan və KƏT-ın İran və onun müttəfiqləri arasında toqquşma toxumları səpmək üçün məzhəbçilikdən istifadə etmək layihəsindən xəbərdardır. Oman Sultanlığının əhalisinin əksəriyyəti nə sünni müsəlmanı, nə də şiə müsəlmanı deyil, onlar ibadi müsəlmanlarıdır və Səud sülaləsi, Ərəb petro-şeyxliklərinin təhrikçiliyi ilə dini fanatikliyin (məzhəbçiliyin) qızışdırılmasından qorxurlar.

Səudiyyə Ərəbistan Yəmənə qarşı başlatdığı müharibəni İranın ölkə sərhədlərinə yaxınlaşmasının qarşısını almaq olduğunu iddia edib. Türkiyə rəhbəri R.T.Ərdoğan da Yəmən müharibəsinə dəstək verərək bildirib ki, İran regiona ağalıq edir və Səudiyyə Ərəbistan, KƏT və Türkiyə qətiyyən diqqətə alınmır.

Misir lideri Əbdülfəttah əs-Sisi də Qahirə, Səudiyyə Ərəbistan və digər ərəb petro şeyxliklərinin təhlükəsizliyinin bir olduğunu bəyan edib. Misir dövləti Yəmən müharibəsinə qoşulmayacağını bəyan etsə də, bir gün sonra Yəmənə qırıcılar və savaş gəmiləri göndərildi.

26 martda Pakistan prezidenti N.Şərifin “Səudiyyə Ərəbistana qarşı hər hansı təhdidə Pakistan güclü cavab verəcək” bəyanatı əslində gizli şəkildə Tehrana ünvanlanmış mesaj idi.

Yəmən müharibəsində ABŞ və İsrailin gizli rolu

27 martda İsrailin Yəmən müharibəsində Səudlara yardım etdiyi elan edildi. “İlk dəfədir ki, İsraillilər ərəblər ilə birlikdə Yəməndə əməliyyat aparırlar” – deyə Yəmən Əl-Həqq partiyasının sədri Həssən Zəyd bəyan edib.

O əlavə edib ki, Səudiyyə Ərəbistan ilə İsrail arsında maraq müxtəlifiyi qətiyyən mövcud deyil. 1962-cı ildə Yəmən vətəndaş müharibəsində Şimali Yəməndə respublikaçılara qarşı kral tərəfdarlarını silahlandıran yenə də İsrail və Səudiyyə Ərəbistan idi.

Hazırda İranla nüvə razılaşması əldə etmək üçün İsveçrədə rəsmi Tehran ilə bir masaya oturan ABŞ danışıqların faydalılığını qorumaq istəsə də, Yəmən müharibəsinə kəşfiyyat və lojistik dəstək verdiyini bəyan edib. Heç bir səhv etmək lazım deyil, Yəmən müharibəsi Vaşinqtonun müharibəsidir və KƏT-nı bu müharibəyə ABŞ təhrik edib.

Yaradılmsı planlaşdırılan Pan-Ərəb Hərbi Gücünün faktiki olaraq İsrail, ABŞ və Səudiyyə Ərəbistanın maraqlarına xidmət etdiyi dəqiqdir. Bu hərbi ittifaqın yaradılmasının arxasındakı əsas motivasiya Əl-Hadini Yəməndə yenidən hakimiyyətə gətirmək, İran, Suriya, Hizbullah və Müqavimət Blokuna qarşı regional cəbhə yaratmaq hazırlıqlarıdır. 

Sübhan Padarsoy

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan

Xəbər lenti

26 Aprel
16:01 
15:58 
15:32 
14:50 
25 Aprel 
22:21 
22:10 
21:52 
12:01 
11:46 
10:36 
10:25 
10:22 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org