Ana səhifə  |  Albomlar    Videolar    28.02.2017
Az  |  Ru
14.05.15 23:05
Baxılıb::1079

“Dollar oyunu” kimə qarşı çevrilib

“Dollar oyunu” kimə qarşı çevrilib

Son günlər Dünya Maliyyə birjalarında ABŞ dollarının yevroya nisbətən məzənnəsinin aşağı düşməsi xəbərini eşidəndə Fransa maliyyə tədqiqatçısı Pierre Lecomte dolların mahiyyəti barəsində dediyi sözlər yadıma düşdü. O qeyd edirdi ki,  “Digər ölkələr beynəlxalq  bazarda onlara lazım olan malları almaq və ya öz xarici borclarını qaytarmaq üçün ehtiyac duyduqları  dolları gərgin işlə qazanmağa  məcbur olanda  ABŞ ancaq bu dolları çap etməyə ehtiyac duyur”. Bu fikirlər haqlı olaraq dolların ucuzlaşmasının əsas səbəblərini ABŞ-ın daxili maliyyə bazarındakı hər hansı iqtisadi dəyişikliklərdə deyil,  ABŞ-ın imperialist xarici siyasətində axtarmağı tövsiyə edir. Biz dəfələrlə dollar dilemmasının mahiyyəti barəsində KİV-də söhbətlər açmışıq. Dolların bu gün dünyanı düşündürən digər təhlükəsi, yəni dolların bilərəkdən qiymətdən salınması təhlükəsi barəsində də əvvəllər dərc edilmiş müxtəlif məqalələrdə fikirlər səslənmişdir. Belə ki, dolların qəflətən qiymətdən salınması vasitəsilə  onu əsas yığım  valyutası kimi istifadə edən ölkələrə ciddi ziyan vurmaq ABŞ xarici siyasətində aparıcı xətlərdən biridir. Məsələn Çin və Yaponiya bir trilyon dollardan çox dollar ehtiyatına malikdir. Demək olar ki, bütün dünya ölkələri dolları yığım vasitəsi kimi istifadə edərək ABŞ valyutasından və onun xarici siyasətindən asılı vəziyyətə düşmüşlər. Azərbaycanın təkcə Neft Fondunun dollar ehtiyatı milyarddan çoxdur. Beləliklə, dünya iqtisadiyyatı istər-istəməz dolların əsirinə çevrilib və ondan «yaxasını qurtarmağa» çalışsa da bunun mənfi təsirlərini təkcə ABŞ-ın qəzəbinə gəlməkdə deyil, həmçinin ehtiyatlarında olan dollarların «nə ilə əvəz edilməsi» və «necə tez əvəz edilməsi» çətinliyində görürlər. Bir çox ölkələr dollarla olan valyuta ehtiyatlarını nə qədər mümkündür tez bir zamanda neft ehtiyatı ilə və ya digər mallarla əvəz etməyə  çalışırlar. Onlar dərk edirlər ki, bu ölkələrin iqtisadiyyatına qəflətən və ciddi ziyan vurmaq üçün ABŞ hökuməti «dollar» adlı mühüm silahdan istifadə edə bilər.

Digər tərəfdən böyük miqdarda dollar əskinazının “çap  edilərək” dünya bazarına buraxılması ABŞ iqtisadiyyatına  praktiki olaraq müftə mal və xidmətlər əldə etməyə imkan verir. Beləliklə, dolların ucuzlaşması ilə ABŞ “bir  güllə ilə iki dovşan vurmuş” olur: Həm külli miqdarda müftə mal və xidmətlərə sahib olur, həm də dollardan yığım vasitəsi kimi istifadə edən ölkələrin dollar ehtiyatının real çəkisini azaldır.

Qeyd edək ki, ABŞ hökuməti tərəfindən öz maliyyə və ticarət defisitini azaltmaq məqsədilə dolların qiymətdən salmasının mümkünlüyünü qəbul edə Bilməsi ABŞ Federal Ehtiyatlar rəsmiləri tərəfindən səsləndirilmişdir. Hələ bu fikirlər yenicə səslənəndə Bu tədbirlərin dollardan asılı olan ölkələrin iqtisadiyyatına daha ciddi zərbələr vurmaq məqsədi daşıdığı ABŞ xarici siyasəti ilə tanış olan politoloqlar tərəfindən qeyd edilmişdir.  Odur ki, dollardan asılı olan və real təhlükəni dərk edən  ölkələr dollardan ehtiyatla uzaqlaşmağa üstünlük verərək  ABŞ-ın dollar siyasətinin yaratdığı müstəmləkəçi dilemmaya son qoymağa cəhd edirlər.

Lakin bunu da unutmaq olmaz ki,  ABŞ-ın digər ölkələrə qarşı siyasi və silahlı təcavüzü onun iqtisadi problemləri ilə də bağlıdır. Başqa sözlə desək, ABŞ iqtisadiyyatı getdikcə daha  zəif templə inkişaf edir və əsasən digər ölkələrin iqtisadi istismarı hesaBına hazırda qismən dayanıqlıdır. ABŞ rəsmilərinin dəfələrlə qeyd etməsinə Baxmayaraq, həm Əfqanıstanın, həm də  İraqın işğalı, bu ölkələrdə əslində demokratik dəyişikliklərin edilməsi məqsədi daşımamış və yalnız iqtisadi xarakterlidir.  Digər ölkələrə, o cümlədən neftlə zəngin ölkələrə, siyasi təzyiqlər də ABŞ iqtisadiyyatının tənəzzül etdiyindən və ciddi problemləri olduğundan xəbər verir. Tarixən ABŞ hakimiyyəti Belə tənəzzülləri özünün BirBaşa və yaxud dolayısı ilə  cəlb edildiyi hərbi müdaxilələr vasitəsilə və ya siyasi təsirlərlə aradan qaldırmağa cəhd etmişdir. Məsələn, İkinci Dünya müharibəsində də ABŞ-ın iştirakı onun iqtisadiyyatının möhkəmlənməsinə səbəb olmuşdur.

ABŞ xarici siyasəti ilə yaxından tanış olan hər kəs üçün Bəllidir ki, «Demokratikləşmə», «insan hüquqlarının qorunması», «Qloballaşma», «müstəqillik», «azad iqtisadiyyat» və sair kimi ilk baxışda cəlbedici görünən bu  anlayışların arxasında əslində dünya ölkələrinin iqtisadiyyatının parçalanması və ABŞ tərəfindən iqtisadi əsarətə çevrilməsi dayanır. Tanınmış ingilis tarixçisi Arnold Toynbi ABŞ-ın müstəmləkəçilik siyasətini tənqid edərək qeyd edirdi ki, “Bu gün Amerika imperializmi uzaq keçmişdə Roma imperiyasına oxşar mövqeyi tutmuşdur.  Qədim Roma imperiyası da  istila etdiyi ərazilərdə varlıların çoxluqda olan yoxsullara qarşı mübarizəsini dəstəkləyirdi. Amerikanın Roma imperiyasını əvəz etməyə cəhd göstərməsi tamamilə qərəzlidir”. Əlbəttə, zaman dəyişdikcə ABŞ öz siyasətində dəyişiklik edərək dünya hegemonluğuna nail olmaq üçün yeni-yeni «bəhanələr» düşünməyə çalışır. Belə ki, iyirminci əsrdə kommunist rejiminin totalitar xarakterini bəhanə gətirərək böyük bir ölkənin parçalanmasına nail olan və onun kiçik  hissələrində, o cümlədən Azərbaycanda öz iqtisadi maraqlarını təmin edən ABŞ, XX əsrin 90-cı illərinin sonundan başlayaraq digər siyasi bəhanədən - «terrora qarşı müharibə» bəhanəsindən istifadə edərək neftlə zəngin ölkələrin ələ keçirilməsinə cəhd edir.

Dünya ölkələrini «qloballaşmış» və «qloballaşmayan» ölkələr kimi  iki növə bölən ABŞ hakimiyyəti əslində bu bölgünü  «qloballaşmayan» və yaxud «qloballaşmaq istəməyən» ölkələrin sərvətlərinin ələ keçirilməsi üçün istifadə edir. Hazırda ABŞ-ın digər ölkələr ilə münasibətində qəribə Bir paradoks yaranmışdır.  Belə ki, dünya siyasətində ABŞ-ın hegemonluğu elə bir səhv təəssürat oyadır ki, guya bu ölkə iqtisadi cəhətdən çox qüdrətlidir və dünya iqtisadiyyatının, həmçinin müasir texnologiyanın inkişafında aparıcı yer tutaraq dünyanın inkişafına mühüm tövhələr verir və beləliklə guya haqlı olaraq dünyanı özündən asılı etmişdir. “Ölkə daxilində sabitliyi təmin etmək üçün polis sisteminə ehtiyac olduğu kimi dünya miqyasında da sabitliyi təmin etmək üçün ABŞ kimi jandarmın olmasına ehtiyac var” - deyən siyasi politoloqlara təəssüf ki, Azərbaycanda da rast gəlmək olur.

ABŞ-ın bir dövlət kimi inkişaf tarixi bunu deməyə əsas verir ki, əslində bu inkişafın əsasında hərbi müdaxilə vasitəsilə pul sisteminin, o cümlədən dolların möhkəmlənməsi dayanır. Ikinci dünya müharibəsində ağır itkilərə məruz qalmış Avropa və Sovet İttifaqından fərqli olaraq ABŞ kəskin iqtisadi və siyasi xeyir əldə edərək öz dollarını əsas dünya yığım valyutasına çevirməyə və bu günə qədər saxlamağa müvəffəq olmuşdur. Odur ki,  ABŞ-ın iqtisadi gücünün sirrini onun dünya iqtisadiyyatına verdiyi texnoloji tövhələrdə və ABŞ cəmiyyətinin iqtisadi fəaliyyətdə «tökdüyü tərdə» deyil, dollarda axtarmaq daha düzgündür. Ikinci Dünya müharibəsindən sonra dolların qızıl qiymətinin müəyyənləşdirilməsini elan edən  ABŞ hökuməti dolları bütün dünyada əsas pul vahidinə çevirərək, dolayısı ilə dolların yığıldığı ölkələri öz iqtisadi təsir dairəsinə daxil etmişdir. Öz iqtisadiyyatını iflasdan qorumağa cəhd edən  kiçik ölkələr, o cümlədən Azərbaycan isə dollar ehtiyatını artırmağa çalışaraq əslində ABŞ iqtisadiyyatını stimullaşdırmış və ondan daha ciddi formada asılı vəziyyətə düşmüşlər.

Dollardan asılı olan dünya ölkələri mal, əmtəə istehsal edir, ABŞ isə onlar üçün “dollar kağızı” çap edir. Təəssüf ki, iyirmi birinci əsrdə də bu malların məhz ABŞ-ın çap etdiyi dollarla satılması üçün ABŞ tərəfindən  onlara qarşı hərbi güc və siyasi zor tətbiq edilməsi qaçılmaz olacaq. Lakin hər gün 1, 5 milyard dollarlıq defisitlə işləyən ABŞ iqtisadiyyatını və onun «Axilles dabanı» olan dolları hərbi müdaxilə ilə əldə edilmiş ucuz neft və qarət ilə əldə edilmiş var-dövlət xilas edə bilməyəcək. Bu reallığı artıq dünya ölkələri dərk edir və ABŞ-ın yeni müstəmləkəçilik iddiasına qarşı mübarizə dalğası getdikcə vüsət alır. Nəzəri cəhətdən belə nəticə çıxarmaq olar ki,  əgər dünya ölkələri müəyyən razılığa gələrək dolların əsas valyuta kimi qəbul edilməsindən imtina edərlərsə, onda ABŞ iqtisadiyyatı və dollar zəifləyər. Bu ölkələrin ABŞ-dan, o cümlədən dollardan asılılığı aradan qalxar. Lakin bunun praktiki olaraq baş verməməsi üçün ABŞ hərbi gücünü dayanmadan artırır və ondan əməli fəaliyyətdə istifadə edir. Bu gün ABŞ öz iqtisadi təhlükəsizliyini təmin etmək üçün iqtisadi cəhətdən güclü ölkələrdən, məsələn Avropa Ittifaqından, Yaponiyadan, Çindən və s. iqtisadi asılılığını azaltmaq üçün daha zəif ölkələrə, lakin təbii sərvətlərlə zəngin və strateji cəhətdən əlverişli mövqeyi olan ölkələrə siyasi təsirlər göstərir.

ABŞ-ın öz təhlükəsizliyini təmin etmək üçün daha güclü iqtisadiyyatı olan ölkələrə qarşı yox, əksinə daha zəif ölkələrə hərbi müdaxilə etməsi də bu strateji məqsədlərlə bağlıdır. Belə ölkələrdə «demokratiyanın möhkəmlənməsi» və «insan hüquqlarının qorunması» bəhanəsi ilə  hərbi gücün və siyasi zorun tətbiq edilməsi də əslində ucuz enerji əldə etməklə və dünya bazarında dolları möhkəmlətməklə güclü ölkələrin iqtisadiyyatından mümkün asılılığı  azaltmağa və küllü miqdarda  “havayı”  mal və xidmətlər əldə etməyə yönəlmişdir.  Əlbəttə Bu məqsədlə Beynəlxalq Maliyyə  Qurumlarının xidmətindən də  bacarıqla istifadə edilir. Bu qurumlar digər ölkələrə maliyyə yardımlarını dollarla edirlər və borclu ölkələr borclarını qaytarmaq üçün dollar yığımını təmin etməyə məcburdurlar. ABŞ-ın digər “Troya Atı” olan NATO isə ABŞ-ın iqtisadi və siyasi maraqlarını güc vasitəsilə qorumaq üçün “beynəlxalq jandarm” rolunu oynayır.

İqtisadi cəhətdən zəif və “müstəqillik xəstəliyinə” tutularaq parçalanmış ölkələr, o cümlədən  Azərbaycan, Qazaxıstan, Türkmənistan və sair bu tipli “təklənmiş” ölkələr dolların əsarətindən xilas ola bilərlərmi? Neft və neft məhsullarının dünya bazarında əsasən dollarla aparılması, gələn gəlirlərin böyük hissəsinin dollarla yığılması və onların  xərclənməsi üzərində mövcud  nəzarət mexanizminin zəifliyi təəssüflə bunu deməyə əsas verir ki, nəinki Azərbaycan, hətta digər neft ixrac edən və ABŞ-ın siyasi nəzarətində olan, “parçala və hökm sür” siyasəti ilə “təklənmiş” ölkələr dolların əsarətindən yaxın on illiklərdə xilas ola bilməyəcəklər. Son illərin siyasi tarixi bunu deməyə əsas verir ki,  öz iqtisadi, siyasi və hərbi güclərini birləşdirməyə və  dollar əsarətindən xilas olmağa çalışarkən ABŞ-ın «qəzəbinə» düçar olurlar və  «məxməri», «qızılgül» və sair hər hansı «rəngli» inqilablarla üzləşirlər. Dolların XX və XXI əsrlərdə “maliyyə  xərçəngi” kimi dünya ölkələrini  əsarətdə saxlaması üçün ABŞ bütün imkanlardan, o cümlədən siyasi və hərbi imkanlardan, təxribat və terrordan məharətlə istifadə etmişdir və edir.  

Bəli, bu gün bəşəriyyət ciddi bir problemlə qarşılaşmışdır. Bir tərəfdə işlək və iqtisadiyyatını inkişaf etdirməyə cəhd edən, necə deyərlər, «Başını aşağı salıb, öz işi ilə məşğul olan» işgüzar dünya, digər tərəfdə isə müxtəlif bəhanələrlə onların hesabına daha yaxşı yaşamağa cəhd edən  ABŞ durur. Bu iki qütbün  mübarizəsi ehtimalı durmadan artır və getdikcə daha təhlükəli və qarşısıalınmaz ziddiyyətə çevrilir.

 Lakin dolların süni olaraq gücləndirilməsi hesabına dünya iqtisadiyyatının ABŞ tərəfindən istila edilməsi faktı artıq bir çox ölkəni, o cümlədən Rusiyanı, Çini, Cənubi Koreyanı və sair narahat etməyə Başlamışdır. Əlbəttə yaxın vaxtlarda bu və digər ölkələrin birləşərək dolların təsir dairəsindən çıxmağa müvəffəq olmaları o qədər də real görsənmir, lakin bu vəziyyətin sonsuz davam etməsi də inandırıcı deyil və dünyanın gələcəyi üçün ciddi təhlükə ola bilər. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, dolların təsirindən  qurtararaq yevronun təsirinə düşmək ABŞ-ın müstəmləkəçilik siyasətinə müəyyən qədər müqavimət imkanı yarada bilsə də, əslində dolların imkanının yevro ilə bölüşdürülməsi ilə nəticələnə bilər. Başqa sözlə desək, üçüncü dünya ölkələrinin həm Avropa Birliyi, həm də ona təsir imkanları hələ də yüksək olan ABŞ tərəfindən istismarı problemini yaxın zamanlarda aradan qaldırmaq çətin məsələ olaraq qalacaqdır. 

Mayis Güləliyev, politoloq

Şərhlər
  Yalchin Hesenli
  Bosh-bosh sozler yazma! Nezere al ki,bizim vetendashi olduqumuz olke kichikdir ve imperialist maraqlari ola bilmez. Amma Rusiyanin var ve sen onun movqeyinden chixish edirsen. Bundan bize ne?!
  Yalchin Hesenli
  Hami bilir ki, B/B-dan, Rusiyadan, Fransadan ferqli olaraq ABS-in erazi imperyasi olmayib. Rusiyadan niye yazmirsan? Imperiyasinin daqilmasina etiraz edirsen. Belke torpaqlarimizda ermeni dovletini ABS yaradib? Hele 19-cu esrde...
  Yalchin Hesenli
  Azerbaycan geopolitik dovlet deyil ve bele maraqlari da yoxdur. Axi onun vetendashi Rusiyanin uduzmasina niye bele yanir?! Belelerine ne deyek, veten xaini? Bize esas tehluke Rusiyadandir. ABS-iqtisadi sumurgenliiyi olsa da, olkemizi tutmur.

Adınız və soyadınız
Sizin elektron ünvan
iqtisadiyyat

Dollar həftəyə belə başladı

14.05.15 23:05
Müəllif:
Baxılıb:12

Ət sürətlə bahalaşır, heyvan qıtlaşır...

14.05.15 23:05
Müəllif:
Baxılıb:149

Azərbaycandan alınan bəzi mallara görə ƏDV qaytarılacaq - QAYDALAR

14.05.15 23:05
Müəllif:
Baxılıb:99

Xəzərdə üzən təmizləyici stansiya yaradılır - FOTO

14.05.15 23:05
Müəllif:
Baxılıb:58

Pakistanın müdafiə sənayesi naziri Azərbaycanla birgə layihələr haqda

14.05.15 23:05
Müəllif:
Baxılıb:75

13 İLDƏ 40 MİLYARDI KİMLƏR “YEDİ”? – Süleyman İsmayılov ŞOK rəqəm açıqladı

14.05.15 23:05
Müəllif:
Baxılıb:354

Ötən ay Azərbaycanda 105 kq qızıl hasil olunub

14.05.15 23:05
Müəllif:
Baxılıb:95

Xəbər lenti

28 Fevral
27 Fevral 
22:24 
22:19 
21:58 
10:54 
10:52 
10:45 
10:41 
10:29 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org