Ana səhifə  |  Albomlar    Videolar    28.02.2017
Az  |  Ru
15.05.15 22:05
Baxılıb::1332

Dünya ölkələri dollar əsarətindən necə xilas ola bilərlər? - Ekspert şərhi

Mayis Güləliyev: “Dollardan imtina edən ölkələr dərhal ABŞ-ın hədəfinə tuş gəlirlər”

“Bazarın normal fəaliyyəti və digər ölkələrlə xarici iqtisadi əlaqələrin həyata keçirilməsi üçün milli valyuta olduqca vacibdir. Hər bir ölkə özünün daxili tələbatını təmini üçün özündə olmayan və mühüm əhəmiyyətli malları xaricdən idxal edir. Təbii ki, bunun üçün də mal idxal etdiyin ölkənin valyutasından istifadə etməlisən.”

 Bu sözləri İnterAz-a politoloq Mayis Güləliyev son günlər dünya ölkələrinin dollardan imtina etməsinə dair səsləndirilən fikirlərin mümkünlüyünə dair məsələlərə münasibət bildirərkən qeyd edib.

 Hazırda dünyada mövcud olan 200-ə yaxın ölkənin bir-biriləri ilə iqtisadi əlaqələrinin milli valyuta üzrə həyata keçirmədiklərini söyləyən ekspert, “həmin ölkələrin böyük əksəriyyəti dünya valyutası rolunu oynayan dollardan istifadə edirlər. Bu da ABŞ-a imkan verir ki, heç bir iş görmədən dollar çap etməklə çoxlu pul qazansın və xaricdən lazım olan istənilən malı ölkəsinə Картинки по запросу mayis guləliyevidxal etsin” , - deyə bildirdi: 

 “Nəticədə dünya ölkələri gecə-gündüz işləyib tər tökdükləri halda ABŞ ancaq dollar çapı ilə məşğuldur. ABŞ hökuməti 1 ədəd 100 dollar əskinazı çap etmək üçün təxminən 0,04 dollar vəsait xərclənir. Lakin həmin 100 dollarla 99,96 dollar ABŞ-a vəsait idxal olunur. Amerika bununla həm çoxlu pul qazanmaqla yanaşı, həm də ki, digər ölkələrin iqtisadi baxımdan işğal edilməsinə şərait yaradır. Bu cür işğaldan azad olunmaq üçün bəzi ölkələr özlərinin daxili bazarlarını qorumağa çalışırlar. Bunun üçün isə müxtəlif dövlət tənzimlənməsi metodlarından istifadə olunur. Əgər sərhədlər tam şəkildə azad olarsa, nəticədə ölkədə valyuta liberallaşması baş verir ki, bu da dolların geniş vüsət almasına və ABŞ işğalına şərait yaradır. Əslində hər hansı bir ölkənin dollar əsarətindən qurtarması öz bankının ABŞ banklarının əsarətindən qurtarması deməkdir. “

 Mayis bəy onu da bildirdi ki, hazırda hansısa bir ölkənin dollardan imtina etməsi olduqca çətin bir prosesdir: 

 “İstənilən ölkə vətəndaşı üçün lazım olan bütün tələbat mallarının hər birini istehsal etmək gücündə deyil. Bunun üçün mütləq formada digər ölkələrə müraciət edir. Həmin ölkələrin milli valyutasının dəyərdən düşməsi ilə bağlı risk çox olduğundan, əksər hallarda məcburi formada dollara və ya avroya müraciət edirlər. Ona görə də ölkələrin birgə formada dollardan imtina etməsi daha effektiv ola bilər. Yəni ki, həmin ölkələr bir-biriləri ilə olan əlaqələrini milli valyuta  və ya qızıl ekvivalenti ilə etməlidirlər.”

 Qızıl ekvivalentinin hazırda dünyada xarici iqtisadi əlaqələrin həyata keçirilməsi üçün ən münasib və ədalətli variant olduğunu söyləyən Mayis Güləliyev bildirdi ki, dollardan imtina edən ölkələr dərhal ABŞ-ın hədəfinə tuş gəlirlər: 

 “Çünki belə bir addım ABŞ-ın xarici iqtisadiyyatına qarşı yönəlmiş təhdiddir. Yəni bu olduqca böyük iqtisadi və siyasi bir prosesdir. Ona görə də bir kəlmə və ya razılaşma ilə dollardan imtina etmək çətin məsələdir. Gərək bu məsələ ölkələr arasında kompleks şəkildə həyata keçirilsin. Misal üçün Avropa Birliyinə daxil ölkələr bu problemin qarşısını vahid valyutaları olan avrodan istifadə etməklə alıblar. SSRİ dövründə də ittifaq daxil olan ölkələrin hər biri vahid valyuta olan rubldan istifadə edirdilər. Əgər ölkələr arasında vahid valyuta və kompleks iqtisadi tədbirlər görülməzsə dollardan imtina etmək mümkün olmayacaq.”   

 

 

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
iqtisadiyyat

Dollar həftəyə belə başladı

15.05.15 22:05
Müəllif:
Baxılıb:12

Ət sürətlə bahalaşır, heyvan qıtlaşır...

15.05.15 22:05
Müəllif:
Baxılıb:149

Azərbaycandan alınan bəzi mallara görə ƏDV qaytarılacaq - QAYDALAR

15.05.15 22:05
Müəllif:
Baxılıb:99

Xəzərdə üzən təmizləyici stansiya yaradılır - FOTO

15.05.15 22:05
Müəllif:
Baxılıb:58

Pakistanın müdafiə sənayesi naziri Azərbaycanla birgə layihələr haqda

15.05.15 22:05
Müəllif:
Baxılıb:75

13 İLDƏ 40 MİLYARDI KİMLƏR “YEDİ”? – Süleyman İsmayılov ŞOK rəqəm açıqladı

15.05.15 22:05
Müəllif:
Baxılıb:354

Ötən ay Azərbaycanda 105 kq qızıl hasil olunub

15.05.15 22:05
Müəllif:
Baxılıb:95

Xəbər lenti

28 Fevral
27 Fevral 
22:24 
22:19 
21:58 
10:54 
10:52 
10:45 
10:41 
10:29 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org