Ana səhifə  |  Albomlar    Videolar    21.01.2017
Az  |  Ru
06.08.15 01:08
Baxılıb::1888

Azərbaycan və Avrasiya İqtisadi İttifaqı: problemlər və perspektivlər

Azərbaycan və Avrasiya İqtisadi İttifaqı: problemlər və perspektivlər

Azərbaycan müstəqillik əldə etdikdən sonra SSRİ daxilində olan ölkələrlə deyil, daha çox Qərb dövlətləri, Türkiyə və İranla iqtisadi əlaqələrini genişləndirməyə cəhd göstərdi. Belə “cəhdlər” bəzi hallarda o qədər tələsik və hesablanmadan olurdu ki, ölkə iqtisadiyyatına ciddi zərərlər dəyirdi. Yeni iqtisadi əlaqələr qurulmadan köhnə əlaqələrin qırılması ölkə sənayesini, kənd təsərrüfatını iflic vəziyyətinə saldı. Qısa bir zamanda ÜDM həcmi kəskin azaldı, yoxsulluq səviyyəsi yüksəldi, işsizlik səviyyəsi və  inflyasiya kəskin artdı.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 4 aprel 1992-ci il tarixdə Bakıda imzalanmış müvafiq protokol əsasında qurulub. Elə həmin ildə Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri fəaliyyətə başladı.  Lakin 1993-cü ilədək Azərbaycanla Rusiya arasında siyasi və iqtisadi əlaqələr xeyli zəiflədi. O illər Qərb şirkətlərinin Azərbaycanla neft hasilatı ətrafında apardıqları danışıqlar Azərbaycan-Rusiya iqtisadi əlaqələrinə xeyli çətinliklər yaratmışdı. 1997-ci ildə Moskvada  “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” Müqavilənin imzalanmasından sonra iki ölkə arasında geniş əməkdaşlığın əsası qoyuldu.

Son 20 ildə Azərbaycanla MDB ölkələri, o cümlədən Rusiya arasında iqtisadi münasibətləri tənzimləyən onlarla saziş imzalanıb. Azərbaycanın Rusiya ilə imzaladığı “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında sərbəst ticarət haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında” və sair sazişlər Azərbaycan-Rusiya arasında iqtisadi əlaqələrin tənzimlənməsində mühüm rol oynayır.  Azərbaycanın digər MDB ölkələri ilə də əlaqəsi son illər xeyli genişlənib.

2015-ci ilin əvvəllərindən başlayaraq Azərbaycan regionda nəinki Rusiya və MDB ölkələri ilə, hətta yeni iqtisadi birliklə - Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etmək məcburiyyətində qalacaq. Bu reallıq, Azərbaycanı yeni seçim qarşısında qoya bilər. Odur ki, Azərbaycanla Rusiya və digər MDB ölkələri arasındakı iqtisadi əlaqələrin inkişaf dinamikasını bir daha təhlil etməyə, həmçinin  Azərbaycanın bu birliklə mümkün əməkdaşlığının perspektivlərinin analizinə ciddi ehtiyac vardır.

Baxmayaraq ki, Azərbaycanın dünya iqtisadiyyatına verdiyi töhfə çox kiçikdir, amma hər halda bu əlaqə yüksələn dinamikaya malikdir. Belə ki, Azərbaycanın dünya ilə ticarət dövriyyəsi artıq 35 milyard ABŞ dollarından çoxdur[1]. Vaxtilə əsas iqtisadi münasibətlərini SSRİ tərkibində olan respublikalarla quran Azərbaycan indi həmin ölkələrlə cəmi 4-5 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsinə malikdir[2]. Bu həcmin də əsas hissəsi Rusiyanın payına düşür.

Cədvəl 1.

Azərbaycanın ticarət dövriyyəsi (min ABŞ dolları)

(Şəkil 1)

Qeyd: Azərbaycan Dövlət Statistika Komitəsinin[3] (DSK) məlumatları əsasında müəllif tərəfindən tərtib edilib.

 

Faizlə ifadə etsək, Azərbaycanın ticarət dövriyyəsinin yalnız 12% və 7% uyğun olaraq,  MDB və Rusiyanın payına düşür.  Bu statistikada maraqlı olan odur ki, Azərbaycanın MDB və Rusiya ilə ticarət dövriyyəsinin mütləq həcmi artsa da nisbi həcm getdikcə azalır. 

Cədvəl 2

Azərbaycanın ticarət dövriyyəsində MDB-nin və Rusiyanın payı

(Şəkil 2

Qeyd: Azərbaycan DSK-nin məlumatları əsasında müəllif tərəfindən tərtib edilib.

Azərbaycanın xarici ticarət fəaliyyətində idxal və ixracı ayrıca nəzərdə keçirsək,  MDB və Rusiyanın yeri daha aydın görsənər. Belə ki, Azərbaycanın son 20 ildə idxal dinamikası artan meyllidir. 2000-ci ilədək bu münasibətdə MDB və Rusiya aparıcı yer tutsalar da sonrakı illərdə onların payı kəskin azalıb. Həcmi təqribən 11 milyard ABŞ dolları olan idxal prosesində MDB yalnız 2,5 milyardlıq, Rusiya isə cəmi 1.4 milyardlıq paya malikdirlər.

Cədvəl 3

Azərbaycanın idxal dinamikası

(Şəkil 3)

Qeyd: Azərbaycan DSK[4]-nin məlumatları əsasında müəllif tərəfindən tərtib edilib.

Bu həcmlərin faizlə ifadəsi MDB və Rusiyanın idxaldakı payının necə sürətlə azalması dinamikasını əyani göstərir. Belə ki,  1992-ci ilədə 62%-lik paya malik olan MDB, 2013-cü ildə cəmi  24%-lik paya malik olub. Rusiyanın 1992-ci ildə malik olduğu 27%-lik idxal payı, 2013-cü ildə  14%-dək azalıb.

Cədvəl 4

Azərbaycanın idxalında MDB və Rusiyanın payı

(Şəkil 4)

Qeyd: Azərbaycan DSK-nin məlumatları əsasında müəllif tərəfindən tərtib edilib.

Təqribən oxşar mənzərəni Azərbaycanın ixrac prosesində də müşahidə etmək mümkündür. Belə ki, 1992-ci ildən 2000-ci ilədək Azərbaycanın ixrac əməliyyatlarının demək olar ki, əsas hissəsi MDB, o cümlədən Rusiya ilə bağlı olub.

Cədvəl 5

Azərbaycanın ixrac dinamikası

(Şəkil 5)

           Qeyd: Azərbaycan DSK-nin məlumatları əsasında müəllif tərəfindən tərtib edilib.

2000-ci ildən başlayaraq qalan dünya ölkələri ilə ixrac əməliyyatı xeyli genişlənib. 2000-ci ildə cəmi 1.7 milyard ABŞ dolları həcmində olan ixrac 2008-ci ildə 48 milyard, 2013-cü ildə isə 24 milyard olub.

Həmin dövrdə isə MDB və Rusiya ilə olan ixrac əməliyyatlarının həcmi  ciddi şəkildə dəyişməyib.  Belə ki, 1992-ci ildə həcmi 670 milyon ABŞ dolları olan ixrac, 2000-ci ildə azalaraq 120 milyon ABŞ dolları olmuş, sonrakı illərdə isə tədricən artaraq 2013-cü ildə 1.5 milyard ABŞ dollarınadək yüksəlmişdir. 2011-ci ildə MDB və Rusiyaya ixrac kəskin artaraq uyğun olaraq, 2,9 milyard ABŞ dollarına və 1.2 milyard ABŞ dollarınadək yüksəlib. Amma sonrakı illərdə yenidən azalma müşahidə edilir. MDB və Rusiyaya ixracın dinamikası 2001-ci ildən başlayaraq artan olsa da ixrac həcmi Azərbaycanın ixrac potensialından xeyli azdır.   

Cədvəl 6

Azərbaycanın MDB və Rusiyaya ixrac dinamikası

(Şəkil 6)

Qeyd: Azərbaycan DSK-nin məlumatları əsasında müəllif tərəfindən tərtib edilib.

 

Azərbaycanın ixrac əməliyyatlarında MDB və Rusiyanın payı dinamikası vəziyyəti daha aydın ifadə edir. Belə ki, 1993-cü ildə MDB ölkələri Azərbaycanın ixrac coğrafiyasında əsas yeri tutaraq 47% təşkil edib. Rusiya isə həmin ildə 25,5% paya malik olub. Sonrakı illərdə bu pay getdikcə azalmağa başlayıb. 2013-cü ildə Azərbaycanın ixrac əməliyyatlarında MDB ölkələri cəmi 6 %, Rusiya isə cəmi 4,5%-ə malik olub.

Cədvəl 7

Azərbaycanın ixracında MDB-nin və Rusiyanın payı

(Şəkil 7)

  Qeyd: Azərbaycan DSK-nin məlumatları əsasında müəllif tərəfindən tərtib edilib.

 

Azərbaycan-Rusiya və Azərbaycan -MDB ölkələri arasındakı ticarət əlaqələrinin dinamikası bu əlaqələrin kəmiyyəti haqqında öz –özlüyündə xeyli informasiya versə də keyfiyyəti haqqında dərin bilgiləri ticarət əlaqələrinin strukturunda daha aydın görmək olur. Belə  informasiyalar əlaqələrin nə dərəcədə dayanıqlı və qarşılıqlı faydalı olmasına işarə edir. Məsələn, Azərbaycanda neft gəlirlərinin artması ilə Gürcüstandan gətirilən minik avtomobillərinin sayı arasında ciddi korrelyasiyanın olmasına baxmayaraq, avtomobil ticarətində Azərbaycan-Gürcüstan əlaqələrini dayanıqlı hesab etmək olmaz. Çünki belə əlaqədə Gürcüstanın müqayisəli üstünlüyü müəyyən dövrdən sonra və ya hər hansı siyasi qərarlarla əlaqədar olaraq aradan qalxa bilər. Odur ki, Azərbaycan -MDB və xüsusilə, Azərbaycan-Rusiya iqtisadi əlaqələrində hər iki tərəfin dayanıqlı müqayisəli üstünlük sahələrinin dəqiq öyrənilməsi  üçün ticarətin strukturuna diqqət yetirmək vacibdir.

Azərbaycanın MDB ölkələrindən, o cümlədən Rusiyadan idxalının strukturu göstərir ki, Rusiyada və MDB ölkələrindən idxal edilən əsas mallar üzrə bu ölkələrin müqayisəli üstünlüyü təmin edilib və son 20 ildə bu ölkələr Azərbaycan bazarında əsas  idxalçı ölkələr kimi qərarlaşıblar. Azərbaycanın idxalı artan dinamikaya malik olsa da bu  mallar üzrə  digər ölkələrdən idxal o qədər də artmır. Bu onu sübut edir ki, MDB, xüsusilə Rusiya bəzi mallar üzrə Azərbaycanın idxal bazarında dayanıqlı vəziyyətdədir.

 Təqribən eyni mənzərəni Azərbaycanın MDB ölkələrinə, o cümlədən Rusiyaya ixracının strukturunda da görmək mümkündür.  Azərbaycanın qeyri-neft məhsulları ixracında  MDB və Rusiya  əsas rol oynayır. Bu ölkələrə ixrac edilən nəinki neft məhsulları, hətta qeyri-neft məhsulları üzrə də Azərbaycanın müqayisəli üstünlüyünü davamlı hesab etmək olar.  Kənd təsərrüfatı məhsullarına, xüsusilə meyvə və bostan məhsullarına Rusiyanın geniş tələbatının, Azərbaycanın isə bu sahədə geniş potensialının olduğunu nəzərə alsaq Azərbaycanın ixrac bazarında MDB və Rusiyanın mühüm yerləri saxlayacağına əmin olmaq olar. 

Beləliklə, Azərbaycanın MDB və Rusiya ilə ticarət əlaqələrinin son 20 ildə dinamikasını qalan dünya ilə müqayisə edərək təqribən aşağıdakı nəticələri çıxarmaq olar:

·         Azərbaycan - MDB, o cümlədən Azərbaycan-Rusiya iqtisadi əlaqələri  güclü deyil;

·         Azərbaycanın MDB, o cümlədən Rusiya ilə ticarət dövriyyəsinin nisbi həcmi azalan dinamikaya malikdir;

·         Azərbaycanın MDB, o cümlədən Rusiya ilə ticarət  dövriyyəsinin mütləq həcmi təqribən sabitdir;

·         Azərbaycanın MDB-yə, o cümlədən Rusiyaya ixrac malları dayanıqlı struktura malikdir və rəqabət qabiliyyətlidir;

·         Azərbaycanın MDB-dən, o cümlədən Rusiyadan idxalı dayanıqlı struktura malikdir və rəqabət qabiliyyətlidir. 

Azərbaycanın MDB və Rusiya ilə iqtisadi əlaqələrinin dinamikasını və Azərbaycanın potensial iqtisadi imkanlarını nəzərə alaraq, Azərbaycanın 2015-ci ildən başlayaraq Avrasiya İqtisadi İttifaqı ilə əlaqələrinin necə qurulması sualına cavab axtarmaq  mühüm əhəmiyyətə malikdir. Lakin bu suala birmənalı cavab vermək hələ xeyli tezdir. Odur ki, Avrasiya İqtisadi İttifaqının mahiyyətini, məqsədini, səlahiyyətlərini, idarəetmə mexanizmlərini və sair məsələləri nəzərə alaraq  Azərbaycan üçün Güclü və Zəif tərəflərin, İmkan və Risklərin (SWOT analiz) nədən ibarət olmasına diqqət yetirmək lazımdır.

            Azərbaycan üçün Avrasiya İqtisadi İttifaqına daxil olmanın GÜCLÜ tərəflərini aşağıdakı kimi qruplaşdırmaq olar:

  • İttifaqa daxil olan ölkələr arasında gömrük məhdudiyyətləri olmayacaq;
  • Mal və xidmətlərin, kapital və əmək resurslarının İttifaq ərazisində sərbəst hərəkəti təmin ediləcək;
  • Ölkələrin siyasi və iqtisadi suverenliyinə, ərazi bütövlüyünə  hörmət ediləcək;
  • Bütün qərarlar konsensus yolu ilə qəbul ediləcək;
  • İttifaqa “giriş” və “çıxış” könüllüdür

Azərbaycan üçün Avrasiya İqtisadi İttifaqına daxil olmanın ZƏİF tərəflərini aşağıdakı kimi qruplaşdırmaq olar:

  • Rusiyaya Qərb tərəfindən tətbiq edilən  sanksiyalar hələ davam edəcək;
  • Rublun dollara və avroya nisbətən aşağı enmə tendensiyası davam edəcək;
  • 3.  Əmək resurslarının İttifaq ərazisinə geniş həcmdə axını baş verə bilər;
  • 4.  Ölkə iqtisadiyyatının daha çox kənd təsərrüfatına və ticarət sektoruna meyllənməsi baş verə bilər;
  • Ölkəyə elmtutumlu olmayan malların idxalı xeyli çoxala bilər;

            Azərbaycan üçün Avrasiya İqtisadi İttifaqına daxil olmanın yaratdığı İMKANLARI aşağıdakı kimi qruplaşdırmaq olar:

·         İttifaqa daxil olan regional dövlətlərlə iqtisadi və mədəni əməkdaşlıq genişlənə, elm və təhsil sahəsində mübadilə imkanları arta bilər;

·         Azərbaycan malları, kapitalı və əmək resursları üçün yeni və çox geniş BAZAR formalaşa bilər;

·         Bazara giriş gömrük maneələri olmadan həyata keçirildiyindən Azərbaycanın bu bazarda ənənəvi məhsullarının həcmi və daxili istehsalı artıra bilər;

·         Azərbaycanda qeyri-neft sektorunun inkişafı stimullaşa bilər. Bu sahələrə investisiya qoyuluşları arta bilər;

·         Qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının yeni inkişaf istiqamətləri yaranar;

            Azərbaycan üçün Avrasiya İqtisadi İttifaqına daxil olmanın yaratdığı RİSKLƏRİ aşağıdakı kimi qruplaşdırmaq olar:

·                              Azərbaycanın öz təbii resursları üzərində suveren hüquqları məhdudlaşa bilər;

·                              Azərbaycanın üçüncü tərəflə suveren iqtisadi əməkdaşlığı məhdudlaşa bilər;

·                              İttifaqın gələcəkdə yarana biləcək valyutası “yeni dollar” funksiyasını yerinə yetirə bilər;

·                              İttifaq ölkələrinin, xüsusilə Rusiyanın investisiyaları iqtisadi asılılığı gücləndirə bilər;

·                              Elmtutumlu iqtisadiyyatın yaradılması çətinləşə bilər.

            Beləliklə, Azərbaycanın MDB və xüsusilə, Rusiya ilə iqtisadi əlaqələrinin hələ də möhkəm və bu ölkələrin Azərbaycanın xarici iqtisadi əlaqələrində müqayisəli üstünlük sahələrinin dayanıqlı olduğunu nəzərə alaraq. Azərbaycan və Avrasiya İqtisadi İttifaqın gələcək münasibətləri haqqında bəzi fikirləri söyləmək mümkündür.

NƏTİCƏ:

1.      Azərbaycanın Avrasiya İqtisadi ittifaqına daxil olan ölkələrlə, həmçinin Avrasiya İqtisadi İttifaqı ilə  ticarət əlaqələri zəifləməyəcək;

2.      Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olması perspektivləri genişlənəcək.

 

İstifadə edilən ədəbiyyatlar:



[1]http://www.stat.gov.az/menu/13/  (xarici ticarət bölməsi) (müraciət edilib:  10 noyabr 2014)

[4] http://www.azstat.org/MESearch/search?departament=9&lang=az (müraciət edilib: 20 noyabr 2014)

 

 

 

 

 

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
iqtisadiyyat

Manatın 4 günlük MƏZƏNNƏSİ

06.08.15 01:08
Müəllif:
Baxılıb:47

Mərkəzi Bank dövriyyədəki nağd pulu nəzarətə götürdü

06.08.15 01:08
Müəllif:
Baxılıb:48

Vahid Əhmədov aviabiletlərin qiymətinin yüksək olması barədə

06.08.15 01:08
Müəllif:
Baxılıb:39

Manatın MƏZƏNNƏSİ

06.08.15 01:08
Müəllif:
Baxılıb:29

"Dolların məzənnəsi şişirdilib" - Tramp

06.08.15 01:08
Müəllif:
Baxılıb:28

Nazirlik və şirkətlərin iri vergi borcları silindi – SİYAHI

06.08.15 01:08
Müəllif:
Baxılıb:59

SOCAR: Qaz yenə bahalaşa bilər

06.08.15 01:08
Müəllif:
Baxılıb:28

Xəbər lenti

21 Yanvar
20 Yanvar 
19:09 
18:44 
15:55 
15:51 
15:43 
15:36 
15:23 
15:17 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org