Ana səhifə  |  Albomlar    Videolar    21.01.2017
Az  |  Ru
02.11.15 15:11
Baxılıb::971

ZAMAN DƏDƏ-Rəsmiyyə Sabirdən GÖZƏL ŞER

Rəsmiyyə Sabir:Xəbərin varmı, Zaman dədə? Dünya həmin dünya deyil.


 

Xəbərin varmı, Zaman dədə?

Dünya həmin dünya deyil.

Dəyişib insanları.

Rəngləri bozarıb,

üzləri qızarıb.

Şeytana ayyaqqabılarını

tərs geyindirirlər.

 

Xəbərin varmı, Zaman dədə?

Dünya həmin dünya deyil.

Qardaş qanı tökülən torpağı,

suyu, havası çirklənib.

Bir udumluq havası,

bir içimlik suyu,

bir loxma çörəyi,

irin-qan olub.

 

Xəbərin varmı, Zaman dədə?

Dünya həmin dünya deyil.

İndi sabahlar

yaralı körpələrin çığırtısı

oyandırır günəşi.

Bəlkə bu səbəbdən

solğundur ayın bənizi.

Hirsindən coşub daşır

Bu boz dünyanın

Qara, Ağ, Qırmızı dənizi.

 

Xəbərin varmı, Zaman dədə?

Dünya həmin dünya deyil.

Zənginlərin köpəyi Maks

kabab yeyir.

Hər gün aclıqdan ölən

körpələrə inad.

Ürəyim kabab olur

bu mənzərəyə.

 

Xəbərin varmı, Zaman dədə?

Xəbərin varmı?

Yoxsa, sən də eşitmirsən məni?

Qullaqlarını güllə səsləri batırıb.

Hayqırsam,

bəlkə də eşidərsən.

Ancaq

səsim Suriyadan qaçan

körpəylə birgə

Ağ dənizdə batıb.

Ağ dəniz

ağ yalanlar satır

gerçək qara həyata.

Xəbərin varmı, Zaman dədə?

Xəbərin varmı?...

Şərhlər
  Mayis Zamanxan.
  İndi Zaman neyləsin ki,Zamanənin əlindədir...

Adınız və soyadınız
Sizin elektron ünvan

Bağışlama bizi, Vətən!-Rəsmiyyə Sabir

02.11.15 15:11
Baxılıb:1313

DƏRD QOYMAYIR Kİ, BÖYÜYƏM-RƏSMİYYƏ SABİR

02.11.15 15:11
Baxılıb:1100

Yaş gəlir-Rəsmiyyə SABİR

02.11.15 15:11
Baxılıb:577

O DÜNYADA MƏN AZMIŞAM

02.11.15 15:11
Baxılıb:626

QUŞ GİZLƏNİBDİR

02.11.15 15:11
Baxılıb:598

Söz içində

02.11.15 15:11
Baxılıb:403

Rəsmiyyə Sabir: Qoruyun ruhumu

02.11.15 15:11
Baxılıb:479

Xəbər lenti

21 Yanvar
20 Yanvar 
19:09 
18:44 
15:55 
15:51 
15:43 
15:36 
15:23 
15:17 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org