Ana səhifə  |  Albomlar    Videolar    18.01.2017
Az  |  Ru
18.09.16 00:09
Baxılıb::509

Çəmənzəminli uşaqları ac qalmamaq üçün bu kitabları satdı - ACI TARİX

Çəmənzəminli uşaqları ac qalmamaq üçün bu kitabları satdı - ACI TARİX
Təqdim edəcəyimiz yazıda Yusif Vəzirin həmin ağır vəziyyətindən bəhs edəcəkyik.

1937-ci il... Bir çox insanları həbsə- ya güllə qabağına, ya da  gedərgəlməzə yollayan Yazıçılar İttifaqı yay günlərinin birində özünün “şanlı” iclaslarından yenisini keçirdi. Nəticədə, bu dəfə də bir çox həqiqi yazıçılar ittifaq sıralarından xaric olundular. Vaxtilə xaric olunanlara “böyük qardaş”, “böyük yazıçı”, “mirzə” deyən bəzi “qələm adamları” indi asanlıqla onlar barəsində danışır, yazır, bir növ həmin şəxslərin acı müqəddəratının həlli üçün əllərindən gələni edirdilər. Çəmənzəminli də belə şəxslərin güdazına getdi və ittifaqdan kənarlaşdırıldı. O zaman idarə heyətinin qərarı ilə ittifaqdan qovulmaq avtomatik olaraq iş yerindən də kənarlaşdırılmaq, kimlərinsə tərəfindən izlənilmək və ən nəhayət bir gün həbs olunmaq demək idi. Çəmənzəminli  bu hadisədən sonra iş yerindən də xaric olunur. 

1937-ci ildə iş yerini itirən Çəmənzəminli məlum hadisə səbəbindən başqa yerlərdə də iş tapa bilmir. Hara gedirsə əliboş qayıdır. Ailəsinin də güzəranı get-gedə ağırlaşır. Oğlu Orxan Vəzirov atası ilə bağlı xatirələrini yazdığı kitabda həmin ağır günləri kövrəkliklə xatırlayıb. O zaman O.Vəzirovun heç 10 yaşı da yox idi. Amma xatirindədir ki, atası ailəsini dolandırmaq üçün əli hər yerdən üzüləndə kitabxanasındakı kitabları satmaq qərarına gəlir. Tolstoyun cildlərini, klassik dünya, rus və Azərbaycan ədəbiyyatından bir neçə kitabı və “Molla Nəsrəddin” jurnalının buraxılışlarını satır. Bəli, vaxtilə yüksək vəzifələrdə çalışan, böyük hörməti sahibi olan yazıçı dövrün diktəsi ilə bu cür işlərə də məcbur edilir. 

Təəssüfləndirici məqamlardan biri də budur ki, yazıçı izlənildiyini və hər an həbs təhlükəsi olduğunu bildiyi üçün dəyərli əlyazmalarını-elmi və bədii əsərlərini, gündəliklərini yandırır. Bir qovluğu yandıranda isə arvadı Bilqeyisə deyir ki, vaxt gələcəkdi, bu qovluqdakılar çox böyük əhəmiyyətə sahib olacaqdılar. Amma heyhat, məcbur olub onları da yandırır.

Çəmənzəminlinin ailəsinin ağır durumundan danışarkən bir şəxsi unutmaq olmaz. Bu ailənin xidmətçisi və uşaqlarının dayəsi polyak qızı Dunyadır. Dunyanı köhnə “Malakan” bağında o zaman evlərdə işləmək üçün dayanan qadınların cərgəsində görürlər. Yazıçının xanımı Bilqeyisə üç uşaqla çətin olduğu üçün mütləq köməkçi lazım idi. Dunya düz on il bu ailənin yanında qalır. Ağır aclıq aylarında da Dunya bu ailəyə sadiq qalır. 

Çəmənzəminli ona ailəsinin bir üzvü kimi baxırdı. Uşaqlar və Bilqeyis də ona öyrəşdiklərindən Dunya da bu evdə darıxmır, Azərbaycan dilini təmiz öyrənir. Onun toyunu da Yusif Vəzir edir. Yazıçı Dunyanı Əşrəf adlı oğlana öz övladı kimi ərə verir. Amma zavallı Dunyanın ailə həyatı da alınmır. Körpə uşağı evdə tək olan zaman boğularaq ölür. Müharibə başladığından əri cəbhəyə yollanır. Dunyanın isə uşağı olmadığına görə, səngər qazmağa aparırlar. Orada malyariya xəstəliyinə tutulan Dunya sonradan dünyasını dəyişir. 

Elmin Nuri
moderator .az
Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Ədəbiyyat

Azərbaycan dilinin yeni akademik qrammatikasının yazılması təklif edilir

18.09.16 00:09
Müəllif:
Baxılıb:69

Şair İlyas Tapdıq da dünyasını dəyişdi

18.09.16 00:09
Müəllif:
Baxılıb:69

Azərbaycan dilində 2000 yeni söz var

18.09.16 00:09
Müəllif:
Baxılıb:65

Azərbaycan dilində düzgün danışmayanlar cəzalanacaq – CƏRİMƏ

18.09.16 00:09
Müəllif:
Baxılıb:186

“Sənin iki yox, üç övladın var” - Hüseyn Cavid haqda nələri bilmirik? + FOTOLAR

18.09.16 00:09
Müəllif:
Baxılıb:240

Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı ispan dilində çap olunub

18.09.16 00:09
Müəllif:
Baxılıb:325

“Cəfər Cabbarlıdan 3 manat istədim, dedi ki... “ - Vahidin yeganə müsahibəsi...

18.09.16 00:09
Müəllif:
Baxılıb:976

Xəbər lenti

18 Yanvar
14:25 
14:08 
14:02 
12:56 
11:58 
11:53 
11:47 
10:58 
10:44 
10:29 
10:26 
10:24 
10:20 
10:09 
09:26 
17 Yanvar 
23:07 
22:50 
14:44 
14:38 
14:35 
14:26 
14:10 
13:54 
13:29 
13:19 
10:51 
10:47 
10:41 
10:34 
10:28 
10:23 
10:02 
09:58 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org