Ana səhifə  |  Albomlar    Videolar    18.01.2017
Az  |  Ru
23.09.16 23:09
Baxılıb::326

Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı ispan dilində çap olunub

Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı ispan dilində çap olunub

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı İspaniyanın “Eurasian Books” nəşriyyatında ispan dilində çap olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilən kitabda problemin yaranma səbəbləri, bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə məxsusluğunu əks etdirən müxtəlif qiymətli mənbələr yer alıb. Bundan başqa, kitabda bölgədə ermənilərin xeyrinə həyata keçirilən demoqrafik dəyişikliklərdən, Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həyata keçirilən danışıqlar prosesinin vəziyyətindən, beynəlxalq təşkilatların bu məsələdə tutduğu mövqedən, xüsusilə təcavüzkar Ermənistanın BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələri yerinə yetirməməsindən, eləcə də münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri və ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyindən bəhs edilir. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaq üçün məqsədyönlü şəkildə törədilən süni əngəllərə də münasibət bildirilir. Müəllif çoxsaylı mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə, xarici dillərdə və erməni dilində nəşr olunmuş mənbələrdəki faktlara istinad edərək Dağlıq Qarabağın ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu sübuta yetirir.

Bu fundamental elmi əsərin ispan dilində nəşri oxucu auditoriyasının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Kitab Dağlıq Qarabağın tarixinə, münaqişənin başvermə səbəblərinə, onun doğurduğu acı nəticələrə dair obyektiv və səhih məlumatlar əldə etmək istəyən ispandilli oxucular üçün dəyərli mənbə rolunu oynayacaq.


Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Ədəbiyyat

Azərbaycan dilinin yeni akademik qrammatikasının yazılması təklif edilir

23.09.16 23:09
Müəllif:
Baxılıb:69

Şair İlyas Tapdıq da dünyasını dəyişdi

23.09.16 23:09
Müəllif:
Baxılıb:69

Azərbaycan dilində 2000 yeni söz var

23.09.16 23:09
Müəllif:
Baxılıb:65

Azərbaycan dilində düzgün danışmayanlar cəzalanacaq – CƏRİMƏ

23.09.16 23:09
Müəllif:
Baxılıb:186

“Sənin iki yox, üç övladın var” - Hüseyn Cavid haqda nələri bilmirik? + FOTOLAR

23.09.16 23:09
Müəllif:
Baxılıb:240

Çəmənzəminli uşaqları ac qalmamaq üçün bu kitabları satdı - ACI TARİX

23.09.16 23:09
Müəllif:
Baxılıb:509

“Cəfər Cabbarlıdan 3 manat istədim, dedi ki... “ - Vahidin yeganə müsahibəsi...

23.09.16 23:09
Müəllif:
Baxılıb:976

Xəbər lenti

18 Yanvar
14:25 
14:08 
14:02 
12:56 
11:58 
11:53 
11:47 
10:58 
10:44 
10:29 
10:26 
10:24 
10:20 
10:09 
09:26 
17 Yanvar 
23:07 
22:50 
14:44 
14:38 
14:35 
14:26 
14:10 
13:54 
13:29 
13:19 
10:51 
10:47 
10:41 
10:34 
10:28 
10:23 
10:02 
09:58 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org