Ana səhifə  |  Albomlar    Videolar    28.02.2017
Az  |  Ru
21.10.16 22:10
Baxılıb::209

Azərbaycan dilində düzgün danışmayanlar cəzalanacaq – CƏRİMƏ

Azərbaycan dilində düzgün danışmayanlar cəzalanacaq – CƏRİMƏ

Azərbaycanda ədəbi dilin normalarını pozanlara qarşı pul cəriməsi tətbiq edilə bilər.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, bir sıra ölkələrdə, xüsusilə, Pribaltika ölkələrində dövlət dilinin normalarını pozanlara qarşı inzibati qaydada cəza tədbirləri tətbiq olunur:

“Yəni ədəbi dilin normalarını pozanlara qarşı maddi, yəni pul ödəmə cəzası tətbiq edilir. Tutaq ki, kimsə, çimərlik əvəzinə, “plyaj” deyirsə, “tıxac” əvəzinə, “probka” deyirsə, onlar pulla cərimələnir. Azərbaycanda da bunu kiçik məbləğdə pul cəriməsindən başlamaq olar.

Yol hərəkəti qaydalarını pozanlara qarşı cəza tədbirlər görülür və bu tədbirlər effektiv nəticəsini verir. Ədəbi dilin normalarını pozanlara qarşı inzibati cəzanın tətbiqi ilə bağlı irəli sürdüyümüz təklif AMEA-nın rəhbərliyi tərəfindən bəyənilib. Amma bunun mexanizmini hazırlamaq lazımdır. Belə bir qanunun tətbiq olunması ilə bağlı müvafiq orqanlar qarşısında vəsatət qaldırıla bilər”.

Ədəbi dilin normalarının pozulması hallarının qarşısının alınması üçün institutun monitorinq şöbəsi tərəfindən daim monitorinqlərin keçirildiyini deyən M.Nağısoylu qeyd edib ki, belə halların olmaması üçün yalnız Bakıda deyil, digər rayon və şəhərlərdə də afişa, reklamlarla məşğul olan idarələrlə, hətta Səhiyyə Nazirliyi ilə (dərmanların içliklərinin hazırlanması ilə bağlı) müqavilə bağlamaq istəyirlər: “Bu tədbirləri həyata kerçirmək istəyirik ki, ədəbi dilin normalarının pozulması hallarının qarşısı alınsın. Ədəbi dilin normalarını gözləmək hamımızın vəzifəsidir. Bu, yalnız Dilçilik İnstitutunun işi deyil”.

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Ədəbiyyat

Hava şaxtalı olacaq, yollar buz bağlayacaq – Hava proqnozu

21.10.16 22:10
Müəllif:
Baxılıb:89

Azərbaycan dilinin yeni akademik qrammatikasının yazılması təklif edilir

21.10.16 22:10
Müəllif:
Baxılıb:98

Şair İlyas Tapdıq da dünyasını dəyişdi

21.10.16 22:10
Müəllif:
Baxılıb:103

Azərbaycan dilində 2000 yeni söz var

21.10.16 22:10
Müəllif:
Baxılıb:98

“Sənin iki yox, üç övladın var” - Hüseyn Cavid haqda nələri bilmirik? + FOTOLAR

21.10.16 22:10
Müəllif:
Baxılıb:272

Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı ispan dilində çap olunub

21.10.16 22:10
Müəllif:
Baxılıb:351

Çəmənzəminli uşaqları ac qalmamaq üçün bu kitabları satdı - ACI TARİX

21.10.16 22:10
Müəllif:
Baxılıb:531

Xəbər lenti

28 Fevral
27 Fevral 
22:24 
22:19 
21:58 
10:54 
10:52 
10:45 
10:41 
10:29 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org