Ana səhifə  |  Albomlar    Videolar    27.03.2017
Az  |  Ru
22.11.16 10:11
Baxılıb::197

Jirinovski: “Tramp Qarabağın həlli üçün…”

Jirinovski: “Tramp Qarabağın həlli üçün…”

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovskinin fikrincə, Donald Trampın prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ-ın fəallaşması mümkündür. Bunu V.Jirinovski “Moskva-Baku” portalına bildirib. Axar.az xəbər verir ki, o vurğulayıb: “Dağlıq Qarabağ kimi münaqişələri həll etmək çox çətindir. Azərbaycan və Ermənistan xalqları arasında bir neçə onillik ərzində düşmənçilik münasibəti kök salıb”.

RLDP sədri əmin deyil ki, D.Tramp Cənubi Qafqaz məsələlərinə müdaxilə edəcək, çünki ABŞ Yaxın Şərq problemlərindən heç cür qurtula bilmir. V.Jirinovski deyib: “ABŞ-ın onsuz da kifayət qədər problemləri var. O cümlədən bu gün ərazisində böyük miqdarda qaçqın olan Avropanın. Buna baxmayaraq, Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Tramp, ola bilsin ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verəcək. Belə olarsa, ümid edək ki, onun töhfəsi həlli uzanmış münaqişənin nizamlanmasında müsbət nəticələr verəcək”.

D.Trampın Azərbaycan, Türkiyə və İranla bağlı yürüdəcəyi siyasətə gəlincə, Vladimir Jirinovski hesab edir ki, Rusiya, Azərbaycan, Türkiyə, İran, Suriya və İraqın daxil ola biləcəyi “Şərq ittifaqı” deyilən qurumun yaradılması ABŞ və bu ölkələr arasında dialoqa kömək edərdi.

Rusiyalı siyasətçi deyib: “Rusiya, Azərbaycan, İran və Türkiyə arasındakı əlaqələrin möhkəmləndirilməsini davam etmək lazımdır. Biz artıq yeni ittifaqın – Rusiyanın Yaxın Şərq ölkələri, o cümlədən Azərbaycan, İran, Türkiyə, Suriya və İraq ilə ittifaqını yaratmağı təklif etmişik. Moskvadan Bağdada, Bakıdan keçməklə Moskvadan Dəməşqə, Tehran və Ankaraya şaquli xətlərlə hamımız qonşuyuq. Biz əməkdaşlığımızı gücləndirməyə çalışmalıyıq ki, kimdəsə hər hansı ölkəni “cəzalandırmaq”, blokada təşkil etmək, bu ölkələri hansısa siyahılara daxil etmək, onlara qarşı sanksiyalar tətbiq etmək arzusu yaranmasın. Əlaqələrimiz nə qədər güclü və hərtərəfli olarsa, “Şərq ittifaqı”nı da daha tez yaradarıq. Bu, ittifaqa daxil olan ölkələr üçün daha yaxşı olar, çünki bizim bir sıra eyni problemlərimiz var. Məkrli Qərb heç vaxt həqiqi tərəfdaşımız olmayıb, həmişə adları çəkilmiş ölkələri çətin vəziyyətə salmağa cəhd edib”.

RLDP liderinin fikrincə, D.Trampın prezidentliyi dövründə ABŞ və Türkiyə arasında münasibətlər normallaşmalı, tərəflər razılığa gəlməlidirlər. V.Jirinovski deyib: “Barak Obama dövründə ABŞ-Türkiyə münasibətləri pisləşib. Zənnimcə, D.Trampın hakimiyyəti dövründə bu, olmamalıdır. Məncə, Trampın prezidentliyi dövründə ABŞ, Rusiya və Türkiyə Suriyada və İraqda terror təşkilatlarının darmadağın edilməsi barədə razılığa gəlməlidir. O zaman Türkiyə və ABŞ arasında gərginlik bütünlüklə aradan qalxacaq. Yeganə narahatlıq D.Trampın İranla bağlı nüvə sazişinin yenidən baxılması ehtimalını açıqlamasıdır. Ümid edək ki, ABŞ-ın yeni Prezidentinin müşavirləri və məsləhətçiləri ona İranın uzun illər məruz qaldığı blokada tədbirlərinə əl atmaq kimi köhnə təcrübəyə qayıtmağı tövsiyə etməyəcəklər”.

V.Jirinovski fikrini belə tamamlayıb: “Ümumiyyətlə, D.Trampın hakimiyyətə gəlişi ilə xarici siyasətdə Barak Obamadan miras qalmış bir çox problemlərin həlli üçün yalnız yaxşı perspektivlər görürəm”.


Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Böyük Yaxın Şərq

İranın “təcili tibbi yardım” vertolyotu Xəzərdə qəzaya uğradı

22.11.16 10:11
Müəllif:
Baxılıb:176

İran prezidenti Türkiyəni əməkdaşlığa dəvət edib

22.11.16 10:11
Müəllif:
Baxılıb:192

İranda iki sərnişin qatarı toqquşub: ölü sayı 31-ə çatdı, 89 yaralı

22.11.16 10:11
Müəllif:
Baxılıb:122

Türkiyə Ermənistanla sərhədlərin açılması şərtini açıqlad

22.11.16 10:11
Müəllif:
Baxılıb:108

Türkiyədə mis mədənində uçqun baş verib

22.11.16 10:11
Müəllif:
Baxılıb:100

"Əgər ABŞ İranla müharibə etmək qüdrətində olsaydı..."

22.11.16 10:11
Müəllif:
Baxılıb:162

TÜRKİYƏDƏ HƏRBİ ÇEVRİLİŞİ İDARƏ EDƏN “ÜÇLÜK” - Adlar + VİDEO

22.11.16 10:11
Müəllif:
Baxılıb:179

Xəbər lenti

27 Mart
26 Mart 
23:31 
23:24 
23:08 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org