Ana səhifə  |  Albomlar    Videolar    26.03.2017
Az  |  Ru
24.11.16 14:11
Baxılıb::120

AMEA İqtisadiyyat İnstitutunun direktoru Şanxay Universitetində baş məsləhətçi seçilib

Çində Azərbaycanın elm və təhsil sahəsində dövlət siyasətinin səciyyəvi xüsusiyyətləri açıqlanıb

AMEA İqtisadiyyat İnstitutunun direktoru Şanxay Universitetində “Elm və ali təhsil sahəsində Beynəlxalq Konsultativ Komitə”nin baş məsləhətçisi seçilmişdir

 Noyabrın 23-də AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov) Çin Xalq Respublikasının (ÇXR) Şanxay şəhərində keçirilən “Bir yol – bir zolaq” adlı Beynəlxalq Konfransda çıxış etmişdir. N.Müzəffərli (İmanov) beynəlxalq sərnişin və yük daşımaçılığında Azərbaycanın oynadığı və gələcəkdə oynaya biləcəyi rol haqqında, ölkələrarası nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycanda gerçəkləşdirilən infrastruktur layihələri barəsində ətraflı məlumat vermişdir.

 Noyabrın 24-də prof. N.Müzəffərli həmin konfransın “Təhlükəsizlik, iqtisadi və mədəni əməkdaşlıq sahələrində yeni imkanlar” bölməsinə rəhbərlik etmişdir. Günün ikinci yarısında isə o, Şanxay Universitetinin təşkilatçılığı ilə keçirilən “Bir yol – bir zolaq: elm və təhsil sahələrində əməkdaşlıq” adlı daha bir konfransda məruzə etmiş, Azərbaycanda elm və təhsil sahəsində dövlət siyasətinin səciyyəvi xüsusiyyətlərini açıqlamış, Azərbaycan və Çinin elmi müəssisələri və ilk növbədə akademik iqtisadiyyat institutları arasında əməkdaşlıq məsələləri, o cümlədən birgə tədqiqatların aparılması imkanları haqqında fikirlərini paylaşmışdır.

 AMEA İqtisadiyyat İnstitutunun direktoru Şanxay Universiteti nəzdində fəaliyyət göstərən “Elm və ali təhsil sahəsində Beynəlxalq Konsultativ Komitə”nin baş məsləhətçisi seçilmişdir.

 Sözügedən konfranslarda Çindən, Mərkəzi Asiya dövlətlərindən, Rusiyadan və Azərbaycandan olan alim və tədqiqatçılarla yanaşı, ÇXR-nın rəsmi dövlət və hökumət nümayəndələri də iştirak etmişlər (economics.com.az).

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Elm

İnstitut: Bütün vulkanlar neft-qaz baxımından perspektivlidir

24.11.16 14:11
Müəllif:
Baxılıb:70

Biliklər sahibi Nəsirəddin Tusi

24.11.16 14:11
Müəllif:
Baxılıb:116

Azərbaycanda müasir coğrafiya elminin böyük strategi

24.11.16 14:11
Müəllif:
Baxılıb:341

“Lənətə gəlmiş qravitasiya” barədə unutmuş astronavt - VİDEO

24.11.16 14:11
Müəllif:
Baxılıb:93

Mars və Saturndan çəkilən Yerin Ayla birlikdə ilk FOTOSU

24.11.16 14:11
Müəllif:
Baxılıb:142

Akademik Cəlal Allahverdiyev dünyasını dəyişdi

24.11.16 14:11
Müəllif:
Baxılıb:101

AMEA prezidentindən TƏKLİF

24.11.16 14:11
Müəllif:
Baxılıb:95

Xəbər lenti

26 Mart
25 Mart 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org