Ana səhifə  |  Albomlar    Videolar    26.03.2017
Az  |  Ru
19.12.16 16:12
Baxılıb::97

"Artıq yazılı sınaq imtahanları olmayacaq"

"Artıq yazılı sınaq imtahanları olmayacaq"

"İyun ayında tədris ili bitdikdən sonra buraxılış imtahanının 2-ci mərhələsi keçiriləcək. İmtahandan 2 gün sonra nəticələr açıqlanacaq".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları"na həsr olunmuş konfransda deyib.  M. Abbaszadə qeyd edib ki, nəticələr bəlli olduqdan sonra kolleclərə keçid balları müəyyən olunacaq: "Bu qaydalar hələ müzakirə olunur. 9-cu sinif üzrə buraxılış imtahanlarının birinci mərhələsinin nəticələri bir aydan sonra həmin şagirdin şəxsi səhifəsinə yerləşdiriləcək. İlk il olduğu üçün şagirdlərə heç bir məhdudiyyət qoyulmayıb. Hətta ekspertlərin rəyləri də şəxsi səhifədə yerləşdiriləcək. Yeni qaydalara görə, imtahan nəticələri yalnız balla yazılacaq. Mənfi ya müsbət, yaxşı və pis nəticə toplanması orada qeyd olunmayacaq. İlk dəfə olduğuna görə hələlik elə bir məhdudiyyət qoymamışıq ki, birinci mərhələdə 0 bal toplayan ikinci  mərhələdə iştirak etməsin və yaxud da kolleclərə sənəd verməsin. İmtahan nəticələrinə görə, birinci və ikinci mərhələdə toplanılan ümumi bal 100 olacaq. İkinci mərhələdə ənənəvi qapalı testlərlə şagird 70 bal toplaya bilər. İmtahanda hansı qiyməti almasından asılı olmayaraq, şagird attestat alacaq. İmtahanın nəticələrinə əsasən, şagirdlər orta ixtisas təhsili müəssisələrinə sənəd verə biləcəklər".

M. Abbaszadə onu da əlavə edib ki, sınaq imtahanları keçirməyə maddi imkan olmadığından artıq yazılı sınaq imtahanları olmayacaq.

Milli.Az

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Təhsil

Magistraturaya qəbul olmaq istəyən 910 bakalavr ərizəsini təsdiqləyib

19.12.16 16:12
Müəllif:
Baxılıb:14

“Bizə bu yolla heç kim təsir göstərə bilməz” – Məleykə Abbaszadə

19.12.16 16:12
Müəllif:
Baxılıb:20

37 min şagird buraxılış imtahanı verir

19.12.16 16:12
Müəllif:
Baxılıb:48

DİM 5 mart imtahanları ilə bağlı şagirdlərə xəbərdarlıq etdi

19.12.16 16:12
Müəllif:
Baxılıb:43

İmtahanlarla bağlı sərəncam — “Onlar ödənişdən azad olunur...”

19.12.16 16:12
Müəllif:
Baxılıb:85

9-cu sinif şagirdlərinə "İmtahana buraxılış vərəqəsi"nin verilişinə başlandı

19.12.16 16:12
Müəllif:
Baxılıb:110

Müsabiqədən keçməyən abituriyentlər də tələbə ola biləcəklər - YENİLİK-VİDEO

19.12.16 16:12
Müəllif:
Baxılıb:155

Xəbər lenti

26 Mart
25 Mart 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org