Ana səhifə  |  Albomlar    Videolar    27.03.2017
Az  |  Ru
19.12.16 22:12
Baxılıb::122

İlham Əliyev Arif Mehdiyevin vəfatı ilə əlaqədar başsağlığı verib

İlham Əliyev Arif Mehdiyevin vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycanda informatika sahəsində mühüm xidmətləri olan görkəmli alim, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Şəfayət oğlu Mehdiyev dekabrın 19-da 82 yaşında vəfat edib.

AzNews.az xəbər verir ki, bununla əlaqədar Prezident İlham Əliyev nekroloq imzalayıb. Nekroloqda qeyd olunur:

"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış alimi, əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Şəfaət oğlu Mehdiyev 2016-cı il dekabrın 19-da ömrünün 83-cü ilində vəfat etmişdir.

Arif Mehdiyev 1934-cü il dekabr ayının 19-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1957-ci illərdə Moskva Elektrotexniki Rabitə İnstitutunda radiorabitə mühəndisi ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda başlayan Arif Mehdiyev 1961–1965-ci illərdə SSRİ Elektron Sənayesi Nazirliyinin tərkibindəki qapalı müəssisədə, 1965-1966-cı illərdə isə Azərbaycan Dövlət Plan Komitəsində böyük mühəndis, 1966-cı ildə yenidən Respublika Elmlər Akademiyasının Fizika İnstitutuna qayıdaraq 1974-cü ilədək burada böyük elmi işçi vəzifəsində çalışmışdır. Arif Mehdiyev 1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının sonralar Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutuna çevrilmiş “Xəzər” Elmi Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində işləməyə başlamışdır. 1979-cu ildə o, həmin Mərkəzin əsasında yaradılmış Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda baş direktorun birinci müavini vəzifəsinə keçirilmişdir. Arif Mehdiyev Birliyin bazasında yaradılmış Azərbaycan Milli Aerokosmik Agentliyinin ilk baş direktoru olmuşdur.

2001-ci ildə Arif Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilərək 2007-ci ilədək bu vəzifəni icra etmişdir. 2002-ci ildən etibarən ömrünün sonunadək o, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsində çalışmışdır.

Arif Mehdiyev 1969-cu ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1987-ci ildə isə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Arif Mehdiyevin elmi araşdırmaları yarımkeçiricilər fizikası ilə yanaşı, kosmik informasiya sahəsi ilə sıx bağlı idi. O, Yer kürəsinin kosmosdan müxtəlif texniki vasitələrlə öyrənilməsinə dair fundamental əsərlərin müəllifidir. Onun rəhbərliyi altında aerokosmik informasiyasının alınması, çevrilməsi, ötürülməsi, emal olunması və təqdimatı sahəsində uzun illər ərzində elmi-tədqiqat və layihələndirmə işləri aparılmışdır. Alimin bu sahədə yeni texnologiyaların yaradılması və elmi konsepsiyaların formalaşmasında xidmətləri təqdirəlayiqdir. O, kosmik fəzanın tədqiqi üçün nəzərdə tutulmuş müxtəlif cihazların yaradılmasında səylər göstərmişdir. Arif Mehdiyev bir sıra aerokosmik eksperimentlərin təşkilatçısı və elmi rəhbəri kimi də tanınır. Onun tədqiqatları elmdə yeni istiqamət olan kosmik informatikanın formalaşması və inkişafına xüsusi töhfələr vermişdir. Alimin ekologiyaya aid əsərləri də mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir.

Arif Mehdiyev elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək uzun illər ərzində Azərbaycan Neft Akademiyasının və Azərbaycan Aviasiya Akademiyasının professoru kimi yüksəkixtisaslı kadrların hazırlanmasında fəal iştirak etmişdir. Onun elm təşkilatçısı kimi də fəaliyyəti təqdirəlayiq olmuşdur.

Arif Mehdiyev respublikamızda və ölkənin hüdudlarından kənarda mötəbər beynəlxalq simpozium və konfranslarda, o cümlədən ümumdünya kosmik konqreslərində Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Arif Mehdiyevin araşdırmalarının nəticələri ölkəmizdə və xaricdə nəşr edilmiş 300-dən artıq elmi əsərdə və 50-dən çox ixtirada öz əksini tapmışdır. Onun rəhbərliyi altında Azərbaycanda onlarla elmlər doktoru hazırlanmışdır.

Akademik Arif Mehdiyevin elmi və elmi-təşkilati fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.

Tanınmış alim və pedaqoq, bacarıqlı elm təşkilatçısı və səmimi insan Arif Şəfaət oğlu Mehdiyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nekroloqu Prezident İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Akif Əlizadə, Mikayıl Cabbarov, Arif Paşayev, Tofiq Nağıyev, İbrahim Quliyev, İsa Həbibbəyli, Rasim Əliquliyev və Telman Əliyev imzalayıblar.

Qeyd edək ki, dekabrın 20-də saat 14:00-da AMEA-nın Əsas binasında görkəmli alimlə vida mərasimi keçiriləcək. 
Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Elm

İnstitut: Bütün vulkanlar neft-qaz baxımından perspektivlidir

19.12.16 22:12
Müəllif:
Baxılıb:71

Biliklər sahibi Nəsirəddin Tusi

19.12.16 22:12
Müəllif:
Baxılıb:116

Azərbaycanda müasir coğrafiya elminin böyük strategi

19.12.16 22:12
Müəllif:
Baxılıb:342

“Lənətə gəlmiş qravitasiya” barədə unutmuş astronavt - VİDEO

19.12.16 22:12
Müəllif:
Baxılıb:94

Mars və Saturndan çəkilən Yerin Ayla birlikdə ilk FOTOSU

19.12.16 22:12
Müəllif:
Baxılıb:142

Akademik Cəlal Allahverdiyev dünyasını dəyişdi

19.12.16 22:12
Müəllif:
Baxılıb:101

AMEA prezidentindən TƏKLİF

19.12.16 22:12
Müəllif:
Baxılıb:96

Xəbər lenti

27 Mart
26 Mart 
23:31 
23:24 
23:08 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org