Ana səhifə  |  Albomlar    Videolar    21.01.2017
Az  |  Ru
20.12.16 10:12
Baxılıb::41

Nazirlikdən yeni tələbləri pozan həkimlərlə bağlı AÇIQLAMA

Nazirlikdən yeni tələbləri pozan həkimlərlə bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyi (SN) həkimlər tərəfindən 2015-ci ilin noyabrın 6-dan etibarən qüvvəyə minən qərarın tələblərinin pozulmasına - reseptlərdə dərmanların təsiredici maddəsinin adının deyil, onun ticarət adının yazılmasına münasibət bildirib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov deyib ki, Səhiyyə Nazirliyi Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli qərarı ilə təsdiqlənmiş "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları"na əsasən, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını deyil, beynəlxalq patentləşdirilməmiş adını (təsiredici maddə adını) qeyd etməlidirlər. Aptekə müraciət edən vətəndaşa əczaçı tərəfindən reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada uyğun dərman vasitələri barədə məlumat verilməlidir. Vətəndaş isə reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada və büdcəsinə uyğun olaraq, dərmanın seçimini qiymətə və istehsalçıya görə özü etməlidir.

M.Süleymanov əlavə edib ki, həkimlərin bu qaydalara əməl etməməsi hallarını yalnız nəzarət tədbirləri zamanı aşkarlayıb aradan qaldırmaq mümkündür.

Tibb müəssisələrinin SN tərəfindən təsdiqlənmiş resept blankları ilə təminatı məsələsinə toxunan M.Süleymanov deyib ki, dövlət müalicə-profilaktika müəssisələri yeni resept blankları ilə SN tərəfindən təmin olunurlar:

"Özəl tibb müəssisələri isə yeni resept blanklarını Analitik Ekspertiza Mərkəzindən almalıdırlar. Yalnız bəzi özəl tibb müəssisələri tərəfimizdən edilən xəbərdarlıqlara baxmayaraq, hələ də yeni resept blanklarının alınması üçün Analitik Ekspertiza Mərkəzinə müraciət etməyiblər".

Qeyd edək ki, 2015-ci ilin noyabrın 6-dan etibarən qüvvəyə minən qərara əsasən, reseptlərdə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, yəni dərmanın təsiredici maddəsinin adı yazılmalıdır. Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adı olmadığı halda (3 və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) resept blankında onun ticarət adı yazılmalıdır. Bu tələblərin tətbiqində məqsəd həm də həkimlərlə əczaçılıq şirkətləri arasında olan "sövdələşmənin" qarşısını almaqdır.

Milli.Az

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Səhiyyə

Ölkəni bürüyən qrip virusu ilə bağlı AÇIQLAMA

20.12.16 10:12
Müəllif:
Baxılıb:73

Azərbaycanda kağız reseptlər dövrünə son - TƏFƏRRÜAT

20.12.16 10:12
Müəllif:
Baxılıb:23

Bəhməzin faydaları

20.12.16 10:12
Müəllif:
Baxılıb:80

"Əhalinin 50 faizi icbari tibbi sığorta ilə bağlı güzəştlərdən istifadə edəcək"

20.12.16 10:12
Müəllif:
Baxılıb:68

Apteklərdə böhran: Dərmanlar həm bahalaşır, həm də yoxa çıxır - REPORTAJ, FOTOLAR

20.12.16 10:12
Müəllif:
Baxılıb:65

Azərbaycana peyvəndlər hansı ölkələrdən gətirilir?

20.12.16 10:12
Müəllif:
Baxılıb:72

Boğaz ağrısını yumşaldan 6 tövsiyə

20.12.16 10:12
Müəllif:
Baxılıb:165

Xəbər lenti

21 Yanvar
20 Yanvar 
19:09 
18:44 
15:55 
15:51 
15:43 
15:36 
15:23 
15:17 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org