Ana səhifə  |  Albomlar    Videolar    28.02.2017
Az  |  Ru
20.12.16 15:12
Baxılıb::90

Azərbaycana peyvəndlər hansı ölkələrdən gətirilir?

Azərbaycana peyvəndlər hansı ölkələrdən gətirilir?

Azərbaycana dövlət tərəfindən gətirilən peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tövsiyə olunan ölkələrdən gətirilir.

unu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının müdiri Polad Hacıbalayev bu gün keçirilən mətbuat konfransında dövlət müəssisələrində istifadə olunan peyvəndlərin keyfiyyətsiz olması barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ÜST özü də kütləvi istifadə olunan peyvəndlərə ciddi nəzarət edir:

"Əksəriyyət Hindistandan gətirilən peyvəndlərin pis olduğunu deyir. Düzdür, bəzən aralarında pisləri olsa da, Hindistanın yaxşı peyvənd istehsalçıları var".

P.Hacıbalayev bildirib ki, istifadə olunan peyvəndlər digər dərman preparatları kimi dövlət qeydiyyatından keçirilir və onlara görə 5 illik istifadə üçün qeydiyyat vəsiqəsi verilir:

"Digər dərmanlar kimi peyvəndlər də ölkəyə idxal olunan zaman onların sənədləşməsinə diqqət yetirilir. Onların qablaşdırılması, içlik vərəqəsi də olmalıdır. Peyvənd digər dərman preparatlarından fərqli olaraq bioloji maddədir. Onun əks təsirinin olması üçün bir çox amillər ola bilər. Bunun üçün genetik faktorlar da rol oynaya bilər".

Mərkəzin Dərman vasitələrinin qeydiyyatı-ekspertizası şöbəsinin əməkdaşı Ulduz Eyvazova isə deyib ki, çox zaman valideynlər peyvənddən sonra uşaqlarda yüngül soyuqdəymə əlamətləri gördükdə bundan narahat olurlar:

"Onlar hesab edirlər ki, peyvənd və vaksinlər köhnədir və uşaqlarda bunların əlavə təsirləri yaranıb. Əslində, peyvəndlər uşaqlara ona görə vurulur ki, onlar infeksiyon xəstəlikləri yüngül formada keçirsinlər. Peyvənd vurulduqda uşaq orqanizmində həmin xəstəliklərə qarşı antitellər yaranır. Buna görə də həmin mikrob orqanizmə düşdüyü zaman artıq onun bədənində buna qarşı qoruyucular olacaq. Yəni peyvənddən sonrakı əlamətlər əlavə təsir hesab oluna bilməz, bunların olması normal reaksiyadır".

Milli.Az

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Səhiyyə

Bənzədiyi orqana şəfa verən 8 qida - FOTO

20.12.16 15:12
Müəllif:
Baxılıb:253

800 nəfər dərmandan zəhərlənib – Azərbaycanda

20.12.16 15:12
Müəllif:
Baxılıb:68

Arıqlamaq istəyənlərə xüsusi ŞORBA RESEPTİ

20.12.16 15:12
Müəllif:
Baxılıb:72

Nəyə görə xərçəng oluruq?

20.12.16 15:12
Müəllif:
Baxılıb:98

Təcili yardım xidmətinə hər xidmətə görə ödəniş həyata keçiriləcək

20.12.16 15:12
Müəllif:
Baxılıb:129

Quru öskürəyi necə sağaldaq?

20.12.16 15:12
Müəllif:
Baxılıb:107

Alimlər xəbərdar edir: "Düyünü səhv bişirirsiniz!"

20.12.16 15:12
Müəllif:
Baxılıb:624

Xəbər lenti

28 Fevral
27 Fevral 
22:24 
22:19 
21:58 
10:54 
10:52 
10:45 
10:41 
10:29 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org