Ana səhifə  |  Albomlar    Videolar    21.01.2017
Az  |  Ru
26.12.16 15:12
Baxılıb::68

"Əhalinin 50 faizi icbari tibbi sığorta ilə bağlı güzəştlərdən istifadə edəcək"

"Əhalinin 50 faizi icbari tibbi sığorta ilə bağlı güzəştlərdən istifadə edəcək"

Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 50 faizi güzəştdən istifadə edə biləcək.

Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

Z.Əliyev qeyd edib ki, pilot rayonlarda icbari tibbi sığorta sisteminə cəlb olunacaq əhalinin təqribən 50 faizi qeyri-iqtisadi, 50 faizi isə iqtisadi fəal əhali qrupuna aiddir.

Agentlik direktoru əlavə edib ki, gələn il yanvarın 1-dən icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılacaq: "Niyyətimiz odur ki, yanvarın 1-dən sistemin tətbiqinə başlayaq. Amma bu, elə də asan deyil. Çünki yanvarın 1-dən pilot rayonlardakı dövlət xəstəxanalarının idarəçiliyi də Agentliyə keçdiyindən, bununla əlaqədar bir qədər hazırlıq işləri görüləcək, sonra isə biz sistemin tətbiqinə başlayacağıq".

Qeyd edək ki, icbari tibbi sığorta sistemi ilkin olaraq, Yevlax və Mingəçevirdə həyata keçiriləcək. Gələn il yanvarın 1-dən qurumların Mingəçevir şəhərinin və Yevlax rayonundakı dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərəcəklər. Pilot layihə müddətində həmin məüssisələrin maliyyələşdirilməsini, inventarizasiyasını və kadr məsələlərinin tənzimlənməsini Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyi həyata keçirəcək.

Layihə həyata keçirilərkən aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr icbari tibbi sığorta ödənişlərindən azad ediləcəklər.

Milli.Az

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Səhiyyə

Ölkəni bürüyən qrip virusu ilə bağlı AÇIQLAMA

26.12.16 15:12
Müəllif:
Baxılıb:73

Azərbaycanda kağız reseptlər dövrünə son - TƏFƏRRÜAT

26.12.16 15:12
Müəllif:
Baxılıb:23

Bəhməzin faydaları

26.12.16 15:12
Müəllif:
Baxılıb:80

Apteklərdə böhran: Dərmanlar həm bahalaşır, həm də yoxa çıxır - REPORTAJ, FOTOLAR

26.12.16 15:12
Müəllif:
Baxılıb:65

Azərbaycana peyvəndlər hansı ölkələrdən gətirilir?

26.12.16 15:12
Müəllif:
Baxılıb:72

Nazirlikdən yeni tələbləri pozan həkimlərlə bağlı AÇIQLAMA

26.12.16 15:12
Müəllif:
Baxılıb:40

Boğaz ağrısını yumşaldan 6 tövsiyə

26.12.16 15:12
Müəllif:
Baxılıb:165

Xəbər lenti

21 Yanvar
20 Yanvar 
19:09 
18:44 
15:55 
15:51 
15:43 
15:36 
15:23 
15:17 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org