Ana səhifə  |  Albomlar    Videolar    26.04.2017
Az  |  Ru
26.12.16 17:12
Baxılıb::143

Azərbaycan dilinin yeni akademik qrammatikasının yazılması təklif edilir

Azərbaycan dilinin yeni akademik qrammatikasının yazılması təklif edilir

"Azərbaycan dilinin akademik qrammatikası" yazılmalı və bütün universitetlər vahid qrammatikadan istifadə etməlidir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan dilinin akademik qrammatikası 1960-70-ci illərdə yazıldığı üçün artıq köhnəlib. Eyni zamanda, bu qrammatikada elmi baxımdan çoxlu mübahisəyə səbəb olan məsələlər var: "Bu qrammatika həmin dövrün tələbləri ilə, rus dilinin təsiri altında yazılıb. Bu qrammatikada həm ümumi dilçilik, həm də milli xüsusiyyətlər baxımından problemlər var. Müstəqillik dövründə dilimizdə xeyli inkişaf və dəyişikliklər olub. Bunlar akademik səviyyədə izah olunmalıdır".

Dilçi alimin sözlərinə görə, müstəqillik illərində ayrı-ayrı universitet müəllimləri tərəfindən qrammatikaya aid kitablar yazılsa da, onların hər birində proseslər fərqli formada anlaşılır: "Akademik qrammatika bir müəllif tərəfindən yazıla bilməz. Burada özfəaliyyətə yol verilə bilməz".

N.Cəfərov qeyd edib ki, artıq mütəxəssislərin mükəmməl akademik qrammatika yazması üçün böyük zərurət yaranıb.

N.Cəfərov hesab edir ki, yeni akademik qrammatika Dilçilik İnstitutunun rəhbərliyi ilə peşəkar mütəxəssislərdən ibarət xüsusi komissiya tərəfindən yazılmalı və razılaşdırılaraq çap edilməlidir.

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Ədəbiyyat

"Atam ömrünün son günündə üzümə belə, baxmadı, çünki..." - Tanınmış şairin qızı - FOTO

26.12.16 17:12
Müəllif:
Baxılıb:208

Şopenhauerin qulaqlara sırğa 18 AFORİZMİ

26.12.16 17:12
Müəllif:
Baxılıb:56

Hava şaxtalı olacaq, yollar buz bağlayacaq – Hava proqnozu

26.12.16 17:12
Müəllif:
Baxılıb:131

Şair İlyas Tapdıq da dünyasını dəyişdi

26.12.16 17:12
Müəllif:
Baxılıb:131

Azərbaycan dilində 2000 yeni söz var

26.12.16 17:12
Müəllif:
Baxılıb:125

Azərbaycan dilində düzgün danışmayanlar cəzalanacaq – CƏRİMƏ

26.12.16 17:12
Müəllif:
Baxılıb:237

“Sənin iki yox, üç övladın var” - Hüseyn Cavid haqda nələri bilmirik? + FOTOLAR

26.12.16 17:12
Müəllif:
Baxılıb:530

Xəbər lenti

26 Aprel
16:01 
15:58 
15:32 
14:50 
25 Aprel 
22:21 
22:10 
21:52 
12:01 
11:46 
10:36 
10:25 
10:22 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org