Ana səhifə  |  Albomlar    Videolar    21.01.2017
Az  |  Ru
27.12.16 12:12
Baxılıb::80

Bəhməzin faydaları

Bəhməzin faydaları

Onlarla növü olan bəhməz şəkərsiz təbii quruluşuyla şəfa qaynağıdır. Bəs hansı bəhməz növünün nələrə faydalı olduğunu bilirsinizmi? Milli.Az lent.az-a istinadən bəhməzin faydaları ilə sizi tanış edir.

Keçibuynuzu bəhməzi
 
Keçibuynuzu bəhməzi qan azlığına qarşı ən yaxşı və təsirli vasitədir. Dadı ağır olduğu üçün ləzzətlə yeyilməyə bilər. Lakin faydaları bitib-tükənməzdir. Məsələn:
 
* Cinsi gücü artırır. Eyni zamanda, sperma sayını artıran xüsusiyyəti var. Uşaq problemi yaşayan cütlüklərə yemək təklif edilir.
 
* Ürəyi dəstəkləyir.
 
* Xolesterolu aşağı salır və təzyiqi tarazlayır.
 
* Bədəni gücləndirir. Sizi daha enerjili hala gətirir.
 
* Dişlər üçün dərmandır. Dişlərinizdə problem varsa, mütləq keçibuynuzu bəhməzindən dadın.  Dişləri və diş ətlərini qidalandırır.
 
* Qansızlıya qarşı ön qoruyucudur.
 
* Sümükləri gücləndirən xüsusiyyəti var. Çünki kalsium anbarıdır.
 
* Çoxları bu faktdan xəbərsizdir - keçibuynuzu bəhməzi bağırsaqları işlədən xüsusiyyətə malikdir. Bu isə arıqlamaq və artıq çəkidən xilas olmaq üçün çox yaxşı vasitədir.
 
* Zülal dəyərləri baxımından çox faydalıdır. Xüsusən uşaqlar və hamilə qadınlar yeməlidirlər.
 
* Tərkibinə kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis, sink mineralları daxildir.
 
* Ağciyər xəstəliklərinə qarşı da keçibuyunuzu bəhməzi təklif edilir.
 
Küknar bəhməzi
 
İnsanlar arasında çox da tanınmayan bəhməzin bu növü küknar ağacının meyvəsindən, yəni qozasından hazırlanır. Xüsusən allergiya, babasil, qaşıntı, saç tökülməsi, sədəf xəstəliyi, gut (bağırsaq xəstəliyi), uşaqlarda öskürək, yetkinlərdə sidik saxlamama kimi bir çox problemlərin dərmanıdır. Tərkibindəki əsas yağ turşuları sayəsində antioksidant xüsusiyyətə malikdir. Küknar bəhməzinin dadı bir az acı olsa da, şəfa qaynağıdır. Uşaqlara səhər və axşam bir çay qaşığı, yeniyetmələrə isə səhər və axşam bir xörək qaşığı udmaq məsləhətdir.
 
Küknar bəhməzi bənzəri olmayan öskürək dərmanıdır. Keçməyən inadçı öskürəkləri anında yox edir. Digər faydalarını bu cür sıralamaq olar:
 
* Saç tökülməsinin qarşısını alır.
 
* Ağızda olan yaraları aradan qaldırır.
 
* Hərarətsalıcı xüsusiyyətə malikdir.
 
* Bəlğəm qovucudur və bronxitə çox yaxşı təsir edir.
 
* Qanı təmizləyir. 
 
* Qaraciyəri, dalağı qoruyur.
 
* Gut (bağırsaq xəstəliyi) xəstəliyinin qarşısını alır.
 
* Allergiya, qaşıntı və eqzema, sədəf xəstəliyinə çox faydalıdır.
 
* Ürəyi və damarlarını qoruyur.
 
* Bədənimizdə yığılan toksinlərin xaric olunmasına kömək edir.
 
* Bağırsaq sistemi üçün olduqca faydalıdır. Xüsusilə, bağırsaqda yaranan parazitləri təsirsiz hala gətirir, ishal və babasilin yaranmasına mane olur.
 
* Sidik yolları üçün mükəmməl şəfalı bitkidir. Sidik yollarında yaranan iltihabı təmizləyir. Bununla yanaşı sidik tutulması və böyrək daşlarına yaxşı təsir edir.
 
* Yaşlı insanlara sidik saxlamama problemi üçün çox faydalıdır.
 
* Küknar dəri üçün də olduqca şəfalı bitkidir. Krem halına gətirərək dəridə yaranan çibanlar və ya iltihablara sürtükdə fayadasını görərsiniz.
 
Tut bəhməzi
 
Tut bəhməzi ən çox tanınan, bişirlən və istifadə edilən bəhməz növüdür. Tut təmizləyici xüsusiyyəti səbəbindən xüsusi şəfa qaynaqlarına malikdir. Bu bəhməz də möcüzələr anbarıdır. Elə isə faydalarını sadalayaq:
 
* Qan azlığı problemi olanlar mütləq yeməlidir. Çünki tut bəhməzi digər bəhməz növləri  kimi bir nömrəli qan yaradan təbii maddədir.
 
* Mədə xəstəlikləri, xüsusilə də xoraya qarşı tut bəhməzi çox yaxşı vasitədir.
 
* Astma və bronxit xəstəliklərinə qarşı rahatlaşdırıcı təsiri var.
 
* Soyuğa və soyuqdəyməyə qarşı tut bəhməzi yeyin. Bədən müqavimətini və bədən istiliyini artıran xüsusiyyətə malikdir.
 
* İdmançılar üçün enerji qaynağıdır.
 
* Uşaqların böyüməsi və inkişafına kömək edir.
 
* Uşaqların zəka inkişafına qatqısı böyükdür.
 
* İki yemək qaşığı -  20 qram bəhməz insan bədəni üçün çox qiymətli olan 2 milliqram dəmir, 80 milliqram kalsium və enerji ehtiva edir.
 
* Tut bəhməzi ilə qarqara etdikdə ağız və boğaz xəstəliklərinə qarşı təsirli olur.
 
Xurma bəhməzi
 
Çox da populyar olmayan xurma bəhməzi bir şəfa mənbəyidir. Faydalarını bilsəniz, siz də belə düşünərsiniz.
 
* Ürək və damar xəstəlikləri riskini azaldan təsiri var.
 
* Xurma bəhməzi uzun müddət ac qaldıqda meydana gələn halsızlığın öhdəsindən gəlməyə qadirdir.  
 
* İdman edənlər üçün enerji içkisi vəzifəsini yerinə yetirir.
 
* Zehnin və bədənin inkişafına kömək olur.
 
* Quru öksürəyin qarşısını alır.
 
* Boğaz ağrısını aradan qaldırır.
 
* Bronxit və soyuqdəyməyə qarşı təsirlidir.
 
* Xərçəngə qarşı bitki mənşəli həll yoludur. Sizi xərçəngə qarşı qoruyar.
 
Qara tut bəhməzi
 
* Sidikqovucu təsiri var.
 
* Mədəni qüvvətləndirir. Xüsusilə, xora problemi olanlara tövsiyə edilir.
 
* Bronxit və öskürəyi aradan qaldırmağa kömək edir. Sinə ağrılarını aradan qaldırır.
 
* Kökəlməyə kömək edir. Qan bərpaedicidir.
 
* Körpəsini əmizdirən analarda süd artırmağa kömək edər.
 
*Tərkibində olan yüksək vitamin və mineral sayəsində diş və diş ətlərinə müsbət təsirləri var.
 
Üzüm bəhməzi
 
Üzüm bəhməzi tut bəhməzi qədər məşhurdur. Faydaları ilə tanış olun.
 
* Bədəndəki qan miqdarını artırır.
 
* Təbii enerji anbarıdır.
 
* İştahanı açır.
 
* Hamiləlik dövründə körpənin inkişafına çox təsirlidir. Mütəxəssislər bu dövrlərdə istifadə olunmasını təklif edirlər.
 
* Mədə, bağırsaq və böyrəkləri qüvvətləndirər.
 
* Damar sərtliyinə qarşı qoruyucudur.
 
*Qan dövranını rahatlandırır. Stressi azaldır.
 
Bəhməzdə nə qədər kalori var?
 
Tut bəhməzinin kalorisi: 300
Üzüm bəhməzinin kalorisi: 242
Küknar bəhməzinin kalorisi: 270

Milli.Az

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Səhiyyə

Ölkəni bürüyən qrip virusu ilə bağlı AÇIQLAMA

27.12.16 12:12
Müəllif:
Baxılıb:73

Azərbaycanda kağız reseptlər dövrünə son - TƏFƏRRÜAT

27.12.16 12:12
Müəllif:
Baxılıb:23

"Əhalinin 50 faizi icbari tibbi sığorta ilə bağlı güzəştlərdən istifadə edəcək"

27.12.16 12:12
Müəllif:
Baxılıb:67

Apteklərdə böhran: Dərmanlar həm bahalaşır, həm də yoxa çıxır - REPORTAJ, FOTOLAR

27.12.16 12:12
Müəllif:
Baxılıb:65

Azərbaycana peyvəndlər hansı ölkələrdən gətirilir?

27.12.16 12:12
Müəllif:
Baxılıb:72

Nazirlikdən yeni tələbləri pozan həkimlərlə bağlı AÇIQLAMA

27.12.16 12:12
Müəllif:
Baxılıb:40

Boğaz ağrısını yumşaldan 6 tövsiyə

27.12.16 12:12
Müəllif:
Baxılıb:165

Xəbər lenti

21 Yanvar
20 Yanvar 
19:09 
18:44 
15:55 
15:51 
15:43 
15:36 
15:23 
15:17 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org