Ana səhifə  |  Albomlar    Videolar    28.02.2017
Az  |  Ru
29.12.16 10:12
Baxılıb::37

Çaylarda daşqın təhlükəsi qalmaqdadır? - Son vəziyyət

Çaylarda daşqın təhlükəsi qalmaqdadır? - Son vəziyyət

Son günlər əsasən regionlarda yağmurlu keçən hava şəraitindən sonra çaylarda suyun səviyyəsində yenə dəyişiklik olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-220, Kiçik Qafqazın çaylarında 140-270, Lənkəran-Astara bölgəsi çaylarında isə 120-170 faizini təşkil edib.

Tranzit çaylardakı son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 170 m3/s olmaqla ongünlük normanın 116 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 162 m3/s olmaqla ongünlük normanın 111 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 65 m3/s olmaqla, ongünlük normanın 89 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 48 m3/s təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 14, Araz çayının Novruzlu məntəqəsində 17 sm artım, Şirvanda 2, Salyanda 8 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 495 sm (2015-ci il dekabrın 26-da 430 sm), Şirvanda 399 sm (2015-ci il dekabrın 26-da 321 sm), Salyanda 339 sm (2015-ci il dekabrın 26-da 304 sm), Bankədə 253 sm (2015-ci il dekabrın 26-da 219 sm), Araz çayının Novruzlu məntəqəsində isə 220 sm (2015-ci il dekabrın 26-da 160 sm) təşkil edib.

Milli.Az

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
TƏBİƏT

Lerikdə qar uçqununun dağıtdığı ev...

29.12.16 10:12
Müəllif:
Baxılıb:32

Güclü külək əsəcək – Xəbərdarlıq

29.12.16 10:12
Müəllif:
Baxılıb:111

Azərbaycanda qar yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

29.12.16 10:12
Müəllif:
Baxılıb:1065

Qarlı hava şəraiti sabahadək davam edəcək - RƏSMİ

29.12.16 10:12
Müəllif:
Baxılıb:77

Cənub zonasına 91 sm hündürlükdə qar yağıb – FAKTİKİ HAVA

29.12.16 10:12
Müəllif:
Baxılıb:65

Sabahdan yenə qar yağacaq

29.12.16 10:12
Müəllif:
Baxılıb:55

Temperatur iqlim normasından 3 dərəcə aşağı olub – FAKTİKİ HAVA

29.12.16 10:12
Müəllif:
Baxılıb:59

Xəbər lenti

28 Fevral
27 Fevral 
22:24 
22:19 
21:58 
10:54 
10:52 
10:45 
10:41 
10:29 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org