Ana səhifə  |  Albomlar    Videolar    28.02.2017
Az  |  Ru
30.12.16 09:12
Baxılıb::44

GDO-lu məhsulların zərərli təsirləri

GDO-lu məhsulların zərərli təsirləri

"GDO" sözünün açıqlaması geni dəyişdirilmiş orqanizmlər deməkdir.  Bu prosesin əsasını bir cinsdə olan bir özəlliyin digər cinsə də verilməsi təşkil edir. Geni dəyişdirilməklə alınan yeni cins məhsul soyuğa, həşəratlara və gəmiricilərə davamlı olur. Bu səbəbdən məhsulda itki çox aşağı olur və eyni zamanda məhsuldarlıq da artır. Ancaq bu cür məhsulların insan orqanizminə zərərli olması artıq araşdırmalar nəticəsində sübut olunub.

GDO-lu məhsulların insan orqanizminə toksik, allergik və xərçəng əmələ gətirmə kimi xroniki təsirləri ola bilər. Geni dəyişdirilmiş orqanizmlər laboratoriya şəraitində yetişdirilən qida və yem məhsullarıdır. Bu cür məhsullar 1990-cı ildən bəri etirazlar səbəbindən bir çox Avropa ölkələrində istifadə edilmir. GDO-lu qidaların, toxumların və yemlərin üzərində xüsusi etiketlər olmalıdır ki, insanlar onları seçə bilsinlər. Çünki bu məhsullar təbii məhsullara nisbətən daha az bəsləyici, qidalandırıcıdır. Bu haqda geniş araşdırmalar aparılmayıb. Ancaq GDO-lu məhsulların heyvan və bitki populyasiyalarına zərər verdiyi bildirilib. Ən əsas problemlərdən biri də budur ki, GDO-lu məhsullar orqanizmimizdə geri dönüşü olmayan dəyişikliklərə səbəb olur. GDO-lu yemlərlə bəslənən heyvanlardan əldə olunan süd, yumurta və ət sağlam olmur. Bu, laboratoriyalarda da sübut olunub. Buna səbəb GDO-lu yemlərin özləri antibiotikə qarşı davamlı olan, məhv edilə bilməyən bakteriyalar əmələ gətirməsidir. İnsanlar da bu cür qidalarla qidalandıqda bu cür dözümlü bakteriyaları əldə etmiş olurlar. Bu bakteriyalar təsirini yavaş-yavaş göstərərək, bir neçə il sonra hər hansı bir xəstəliyin yaranmasına səbəb ola bilir. Çünki bu cür qidalarla biz kütləvi şəkildə daimi qidalanmırıq. Belə maddələr əsasən qarğıdalı, soya və s. kimi qida məhsullarına verilir. GDO-lu məhsulların heyvanlar üzərində aparılan təcrübəsi zamanı onların zərərli olduğu aşkarlanıb. Məsələn, genetikası dəyişdirilmiş pomidorla bəslənən şiçanlarda mədə xorası xəstəliyi aşkarlanıb. Bundan əlavə, GDO-lu soya ilə bəslənən siçanlarda həm qaraciyər, həm mədəaltı vəzin funksiyalarında pozğunluqlar meydana gəlib. Heyvanlarda bu cür fəsadlar yaradan bu məhsullar təsəvvür edin, insan üçün nə qədər təhlükələr yaradar. Ancaq bu qidaların insanlar üzərində təhlükəsizliyi tam olaraq isbat edilməyib.

Milli.Az

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Sosial

Bakı metrosunda gənc özünü qatar yoluna atdı - VİDEO

30.12.16 09:12
Müəllif:
Baxılıb:318

İQDIR-NAXÇIVAN YOLUNDA AĞIR QƏZA – Ölənlərin adları açıqlandı – VİDEO (YENİLƏNİR)

30.12.16 09:12
Müəllif:
Baxılıb:138

İlham Əliyev fərmana düzəliş etdi: qaçqın yataqxanalarına sayğaclar quraşdırılmayacaq

30.12.16 09:12
Müəllif:
Baxılıb:77

Pensiya artımı təqaüdçüləri çaşdırıb - Rəsmi açıqlama

30.12.16 09:12
Müəllif:
Baxılıb:94

Yeni binalarda kommunal ödənişlər kimə və necə ödənilməlidir?

30.12.16 09:12
Müəllif:
Baxılıb:49

Uşaqlar arasında yaş fərqi nə qədər olmalıdır?

30.12.16 09:12
Müəllif:
Baxılıb:44

VİDEO: Azərbaycanda internetdən asılılığın psixoloji tədqiqatina başlanılır

30.12.16 09:12
Müəllif:
Baxılıb:45

Xəbər lenti

28 Fevral
27 Fevral 
22:24 
22:19 
21:58 
10:54 
10:52 
10:45 
10:41 
10:29 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org