Ana səhifə  |  Albomlar    Videolar    27.03.2017
Az  |  Ru
06.01.17 11:01
Baxılıb::61

Ərdoğan niyə Naxçıvanın təhlükəsizliyi haqda danışdı?

Ərdoğan niyə Naxçıvanın təhlükəsizliyi haqda danışdı?

1921-ci il oktyabrın 13-də Sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiyə və üç Cənubi Qafqaz respublikası – Azərbaycan, Gürcüstan və Ermənistan arasında Qarsda müqaviləsi imzalandı. Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlıydı. Burada Naxçıvanın yenə də Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuş, üstəlik Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri idi.

Müqavilənin bu maddəsində göstərilirdi ki, “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”.

Beləliklə, Qars müqaviləsi Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq müqavilələrlə tam şəkildə həll etdi. Qars müqaviləsi müddətsiz imzalanıb və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilib və həmin il sentyabrın 11-dən qüvvəyə minib.

Doğrudur, bu günə kimi bu razılaşmanın denonsasiyası haqda danışıq olmayıb, amma Ermənistan vaxtaşırı Naxçıvana öz haqqının çatdığını bildirməyə çalışır, baxmayaraq ki, özü də yüzillər boyunca bu ərazinin üstündə Azərbaycanın protektoratını tanıyır.

Mümkündür ki, məhz bu Türkiyə prezidenti Ərdoğanı beynəlxalq ictimaiyyətə bu regionun əhəmiyyətini və müstəqil statusunun möhkəmliyini xatırlatmağa məcbur edib.

"Türkiyənin təhlükəsizliyi ölkə sərhədlərindən yox, Naxçıvandan, Batumidən, Balkanlardan və Hələbdən başlayır", - deyə o son çıxışlarından birində bildirib. Bununla o təsdiq etdi ki, regionunun xüsusi halının müdafiəsində Azərbaycan kimi, Türkiyə də maraqlıdır.

Ərdoğanın bəyanatını şərh edərkən Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Qars müqaviləsinin şərtlərinə görə, Naxçıvanın təhlükəsizliyinə Türkiyə tərəfindən də zəmanət verilib, amma Ermənistan onun təhlükəsizliyinə təhdidlərini davam etdirir. Buna görə Naxçıvan Muxtar Respublikası öz müdafiə qabiliyyətinin daim möhkəmlətməyə ehtiyac duyur.

"Ərdoğanın bəyanatı bir daha göstərdi ki, Türkiyə Naxçıvanın təhlükəsizliyi üzrə öz öhdəliklərindən imtina etmək niyyətində deyil. Bu onun təhlükəsizliyini dəfələrlə hədələyən Ermənistana yaxşı cavabdır”, - deyə Z.Oruc vurğulayıb.

Bununla birlikdə, deputat hesab edir ki, Ərdoğan Naxçıvanla yanaşı Qarabağı da qeyd etməli idi. "Ermənistan və Rusiya arasında müxtəlif növ, o cümlədən hərbi əməkdaşlıq haqqında razılaşmaları var. Eeyni razılaşma Bakı və Ankara arasında da mövcuddur. Ona görə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında razılaşmaya uyğun olaraq, Naxçıvanın təhlükəsizliyi kontekstində türk hakimiyyətinə Qarabağı da yada salmaq lazım idi. Amma hər halda bu yaxşı bəyanatdır və Ermənistana Naxçıvanla sərhəddə təxribatlar törətməməsi üçün bir xəbərdarlıqdır”, - deyə deputat bildirib.

Türk politoloqu və jurnalisti Bülənt Erentaç da Batuminin və Naxçıvanın xüsusi halının Türkiyə üçün əhəmiyyətini nəzərə alaraq Ərdoğanın dediklərini vaxtında verilmiş bəyanat hesab edir.

"Türkiyə prezidenti öz bəyanatı ilə 1921-ci ilin Qars müqaviləsinin möhkəmliyini yenidən gündəmə qaytarır. Bu sənəd yalnız Naxçıvan və Acariyanın təhlükəsizliyi üçün deyil, həm də Türkiyənin özü üçün əhəmiyyətlidir. Çünki Türkiyənin indiki sərhədlərinin möhkəmliyi onlarla müəyyən edilir. Qars müqaviləsi Ermənistanın Türkiyə torpaqlarına iştahasının qarşısını birdəfəlik və həmişəlik kəsib. Həmin müqavilənin 3-cü bəndinə uyğun olaraq Türkiyə və Rusiya, razılaşmanın iştirakçıları kimi, Naxçıvanın təhlükəsizliyinə görə öz üzərlərinə öhdəlik götürüblər. Ərdoğan bu bəyanatla faktiki olaraq Ermənistandakı bəzi isti başları soyutdu ki, onlar Naxçıvanı hətta hədələmək barədə belə düşünməsinlər", - deyə Erentaç vurğulayıb.

Virtualaz.org

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Siyasət

Prezident Danimarka və Portuqaliya səfirlərinin etimadnamələrini qəbul edib - FOTO

06.01.17 11:01
Müəllif:
Baxılıb:44

“RƏHBƏRLİK BUNA GÖRƏ CAVAB VERMƏLİDİR” – Deputat

06.01.17 11:01
Müəllif:
Baxılıb:75

İlham Əliyev Fransa ilə iqtisadi əməkdaşlıq barədə

06.01.17 11:01
Müəllif:
Baxılıb:30

“Sən olmasaydın Türkiyə, bu həyat nəyə yarayardı?”- Jirinovski Hollandiyanı ittiham etdi

06.01.17 11:01
Müəllif:
Baxılıb:24

İlham Əliyev Fransada ilk görüşlərini keçirir

06.01.17 11:01
Müəllif:
Baxılıb:35

Azərbaycan XİN Niderlandın davranışını pisləyən bəyanat yaydı

06.01.17 11:01
Müəllif:
Baxılıb:76

BAKININ MƏRKƏZİNDƏ ƏMƏLİYYAT – 25 nəfər tutuldu + VİDEO

06.01.17 11:01
Müəllif:
Baxılıb:1129

Xəbər lenti

27 Mart
26 Mart 
23:31 
23:24 
23:08 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org