Ana səhifə  |  Albomlar    Videolar    21.01.2017
Az  |  Ru
06.01.17 16:01
Baxılıb::51

Azərbaycan beynəlxalq təşkilatları hərbçimizin meyitinin qaytarılması üçün zəruri tədbirlər görməyə çağırır

Azərbaycan beynəlxalq təşkilatları hərbçimizin meyitinin qaytarılması üçün zəruri tədbirlər görməyə çağırır

Azərbaycan beynəlxalq təşkilatları hərbçimizin meyitinin qaytarılması üçün zəruri tədbirlər görməyə çağırır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, 29 dekabr 2016-cı il tarixdə Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə düşməni təqib edərkən şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin geri alınması ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlər davam etdirilir.

Lakin hadisədən bir həftə vaxt keçməsinə baxmayaraq, Ermənistanın bu sahəyə cavabdeh olan aidiyyəti strukturları susmağa üstünlük verir, həssas humanitar problemə münasibət bildirməyi məqsədəuyğun saymırlar. Bu fakt bir daha sübut edir ki, Ermənistan tərəfi baş vermiş hadisənin humanitar mahiyyətini arxa plana keçirməyə, ondan siyasi dividend qazanmaq üçün vaxt udmağa və daxili ictimai rəyə hesablanmış fəaliyyətə cəhd edir.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatları Ermənistanın bu qeyri-humanist fəaliyyətini dayandırması, Cenevrə Konvensiyalarının tələblərinə əməl olunması və həlak olmuş Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün bir daha zəruri tədbirlər görməyə çağırır.

Milli.Az

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Ölkəm

ELDAR MAHMUDOV 3 GENERALI XİLAS EDİR – Məsuliyyəti öz üzərinə götürüb

06.01.17 16:01
Müəllif:
Baxılıb:8

Təcili yardım maşınlarına yol verməyən sürücülər cəzalandırıla bilər

06.01.17 16:01
Müəllif:
Baxılıb:50

"ASAN xidmət" mərkəzlərinin iş qrafiki dəyişdi

06.01.17 16:01
Müəllif:
Baxılıb:31

Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq

06.01.17 16:01
Müəllif:
Baxılıb:25

Novruzun tətil günləri AÇIQLANDI

06.01.17 16:01
Müəllif:
Baxılıb:25

Cəbhəboyu zonada minaatan bölmələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılır

06.01.17 16:01
Müəllif:
Baxılıb:18

İlham Əliyev KVN-lə bağlı tapşırıq verib

06.01.17 16:01
Müəllif:
Baxılıb:48

Xəbər lenti

21 Yanvar
20 Yanvar 
19:09 
18:44 
15:55 
15:51 
15:43 
15:36 
15:23 
15:17 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org