Ana səhifə  |  Albomlar    Videolar    28.02.2017
Az  |  Ru
09.01.17 10:01
Baxılıb::58

Proqnoz: 2017-ci ildəki proseslərin bünövrəsini aprel hadisələri təşkil edəcək

Proqnoz: 2017-ci ildəki proseslərin bünövrəsini aprel hadisələri təşkil edəcək

Cəbhədə 4 gün davam edən və "Aprel döyüşləri" adını almış hadisələr 2016-cı ildə Azərbaycanın həyatında sosial-iqtisadi sferada müxtəlif gərginliklər, bəzən də hansısa qərarların cəmiyyətdə doğurduğu reaksiyalar fonunda müsbət mənada xeyli fərqləndi. Bu hadisələr Azərbaycanın hərbi-siyasi dövlətçiliyini, gələcək milli müstəqilliyini müəyyənləşdirəcək tarix oldu.

Bu barədə Milli Məclisin üzvü Zahid Oruc 2016-cı ilin yekunlarını və 2017-ci il üzrə proqnozlarını açıqlayarkən deyib.

Millət vəkilinin fikrincə, prezident İlham Əliyev həmin hadisələr zamanı və ondan sonra verdiyi qərarları ilə xalqı torpaqlarımızın azad edilməsinə inandıra bildi: 

"Əgər dünya tarixinə baxsaq, hətta sülh sazişləri ilə bitən savaşların yekununda da ərazilərin geri qaytarılması, demək olar ki, qeyri-mümkün olub. Doğrudur, bəziləri buna əks olaraq II Dünya müharibəsinin nəticəsi kimi Almaniyanın federativ və demokratik olmaqla iki hissəyə ayrılmasını, daha sonra isə 1989-cu ildə yenidən birləşməsini nümunə göstərə bilər. Amma bu, tam fərqli kateqoriyadan olan hadisədir.

Aprel döyüşləri Azərbaycanın ötən onillər ərzində millət, ordu və cəmiyyət quruculuğunun ayrılmaz bir hissəsi olaraq ermənilərə vurulmuş zərbə kimi dəyərləndirilməlidir. Ola bilər ki, coğrafi baxımdan 2 min hektar ərazi çoxları üçün mühüm strateji əhəmiyyət daşımasın və onu hərbi mövqelərin yerləşməsi baxımından dağ relyefində, mürəkkəb coğrafiyada kəskin dəyişikliklər kimi qiymətləndirməsin. Ancaq zənn edirəm ki, bu, ötən əsrin 90-cı illərinin hərbi-siyasi reallıqlarının dəyişdirilməsi, Ermənistan ordusunun, ümumilikdə ermənilərin qalibiyyət mifinin sındırılması, Azərbaycandakı məğlubiyyət sindromunun aradan qalxması, ümumiyyətlə, erməniçiliyə vurulmuş zərbə baxımından, eləcə də ölkədə cərəyan edən bütün digər sosial-iqtisadi proseslərdən pozitivliyi ilə fərqlənən və onlardan daha üstün duran milli hadisə oldu. Ona görə də 2016-cı ildə bizim üçün aprel döyüşlərindən daha böyük və üstün tarixi hadisə yoxdur. Bu baxımdan hesab edirəm ki, prezident İlham Əliyevin dövlət başçısı və milli lider olaraq yerini müəyyənləşdirən məhz bu məsələdir. İlham Əliyev Azərbaycan cəmiyyətinə işğal olunmuş torpaqların geri qaytarılmasının mümkünlüyünü sirayət etdirdi, buna inandırdı".

Z.Orucun sözlərinə görə, aprel hadisələri 2017-ci ildəki proseslərin də "ana xətti"ni təşkil edəcək: "2017-ci il də, yəqin ki, bu platformada, bu ideyaların üzərində keçəcək. Çünki danışıqlar, demək olar ki, dayanıb. ATƏT-in Minsk qrupu formatının əlverişsiz müstəvi olduğu artıq hər kəsə bəllidir. Hətta onların köməyi ilə ədalətli sülh sazişi imzalansa belə, münaqişə tərəflərinin bu üçlüyə münasibəti elə bir vəziyyətdədir ki, o, işlək olmayacaq. Belə olan təqdirdə, Azərbaycan ordusu artıq bir qüvə kimi siyasi danışıqların, regional proseslərin önünə çıxacaq. Prezident İlham Əliyev həmin "dördgünlük müharibə"də və ondan sonrakı dövrdə qəbul edilən qərarlar, Bakı da daxil olmaqla ölkənin Hava Hücumundan Müdafiə sistemlərinin gücləndirilməsi, elə bu səbəbdən də erməni cəmiyyətində sülh istəklərinin baş qaldırması və s. amillər 2017-ci ilin bünövrəsini təşkil edəcək, onun əsas psixoloji, siyasi, mənəvi, informativ istiqamətini müəyyənləşdirəcək". 

Milli.Az

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Ölkəm

“Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edildi

09.01.17 10:01
Müəllif:
Baxılıb:454

Maşınlar yalnız bu hallarda cərimə meydançasına aparıla bilər – YENİLİK

09.01.17 10:01
Müəllif:
Baxılıb:109

Bakıda sonu görünməyən tıxac – FOTO

09.01.17 10:01
Müəllif:
Baxılıb:62

Ziya Məmmədovun bu səlahiyyətləri yeni nazirə keçdi

09.01.17 10:01
Müəllif:
Baxılıb:113

"Təmiz Binəqədi"nin iç üzü: Palçıqlı küçələr, yollara axan kanalizasiya... - FOTO/VİDEO

09.01.17 10:01
Müəllif:
Baxılıb:77

Sürücülük vəsiqəsinin verilməsi qaydalarına dəyişikliklər edildi

09.01.17 10:01
Müəllif:
Baxılıb:245

“ƏDALƏTI HƏYAT KREDOSUNA ÇEVİRƏN ADAM…” – İlyas İsmayılov haqqında xatirələr

09.01.17 10:01
Müəllif:
Baxılıb:140

Xəbər lenti

28 Fevral
27 Fevral 
22:24 
22:19 
21:58 
10:54 
10:52 
10:45 
10:41 
10:29 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org