Ana səhifə  |  Albomlar    Videolar    28.02.2017
Az  |  Ru
09.01.17 12:01
Baxılıb::71

Dövlət Komitəsindən Nurayla bağlı - Açıqlama

Dövlət Komitəsindən Nurayla bağlı - Açıqlama

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nuray Bayramzadənin məsələsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, 11 noyabr 2006-cı il təvəllüdlü Nuray Əvəz qızı Bayramzadənin xalasından alınaraq atasına verilməsi barədə məhkəmə qətnaməsinin icrası ilə bağlı sosial şəbəkələrdə yayımlanmış video-süjetlə əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş işçi qrup Quba rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Quba rayonunda azyaşlı və onun qohumları ilə görüşüb.

Görüş zamanı xalası Mehriban Eldarovanın himayəsində yaşayan Nurayın böyüdüyü və tərbiyə olunduğu şərait yoxlanılıb, onun özü ilə ətraflı söhbət aparılıb. Azyaşlı xalasından (ana deyərək çağırırdı) ayrılmaq istəmədiyini söyləyib. Nurayın xalası atanın uşağı ilə heç vaxt maraqlanmadığını, onu körpə vaxtında atıb getdiyini, uşağın on yaşının tamam olduğunu və buna görə də təkrar olaraq Nurayın öz himayəsində qalması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

N. Bayramzadə 2010-cu ildə anasının vəfatından sonra Quba rayon İcra Hakimiyyətinin sərəncamı ilə xalası M.Eldarovanın qəyyumluğuna verilib. Atası Əvəz Bayramovun iddiası əsasında 2012-ci ildə Quba rayon Məhkəməsi uşağın atasına verilməsi haqqında qətnamə qəbul edib. Sumqayıt Apelyasiya Məhkəməsinin və 28 avqust 2012-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 10 aprel 2013-cü il tarixli qərarı ilə Quba rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb. 7 dekabr 2016-cı il tarixində Quba rayon icra şöbəsində icra prosesi zamanı N. Bayramzadə baş verənlərdən ağır stress keçirib: "Təqdim edilmiş sənəddə Quba rayon Mərkəzi Xəstəxanasının həkim-psixiatrı azyaşlının icra prosesində kəskin psixoemosional və fiziki təzyiqlərə məruz qaldığının şahidi olduğunu bildirib və yaşayış mühitinin dəyişdirilməsinin ona mənfi təsir edəcəyi barədə rəy verib".

Yuxarıda göstərilənləri nəzərə alaraq Komitə hazırkı vəziyyətdə məhkəmə qətnaməsinin icrası üzrə tədbirlərin davam etdirilməsinin Nuray Bayramzadənin mənafeyinə uyğun olmadığını hesab edir: "Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq konvensiyalara əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Qərarların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Məsələ ilə bağlı Komitə tərəfindən Ədliyyə Nazirliyi ilə əlaqə saxlanılıb. Nazirlik baş vermiş insidentlə bağlı hazırda xidməti araşdırma aparıldığını və nəticə üzrə qanunamüvafiq tədbirlər görüləcəyini bildirib”.

qafqazinfo.az

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Ölkəm

“Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edildi

09.01.17 12:01
Müəllif:
Baxılıb:454

Maşınlar yalnız bu hallarda cərimə meydançasına aparıla bilər – YENİLİK

09.01.17 12:01
Müəllif:
Baxılıb:109

Bakıda sonu görünməyən tıxac – FOTO

09.01.17 12:01
Müəllif:
Baxılıb:62

Ziya Məmmədovun bu səlahiyyətləri yeni nazirə keçdi

09.01.17 12:01
Müəllif:
Baxılıb:113

"Təmiz Binəqədi"nin iç üzü: Palçıqlı küçələr, yollara axan kanalizasiya... - FOTO/VİDEO

09.01.17 12:01
Müəllif:
Baxılıb:77

Sürücülük vəsiqəsinin verilməsi qaydalarına dəyişikliklər edildi

09.01.17 12:01
Müəllif:
Baxılıb:245

“ƏDALƏTI HƏYAT KREDOSUNA ÇEVİRƏN ADAM…” – İlyas İsmayılov haqqında xatirələr

09.01.17 12:01
Müəllif:
Baxılıb:140

Xəbər lenti

28 Fevral
27 Fevral 
22:24 
22:19 
21:58 
10:54 
10:52 
10:45 
10:41 
10:29 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org