Ana səhifə  |  Albomlar    Videolar    28.02.2017
Az  |  Ru
10.01.17 12:01
Baxılıb::69

Yaqub Məmmədov: “Rəfsəncani zəng vurub Ter-Petrosyanla farsca xeyli danışdı...”

Yaqub Məmmədov: “Rəfsəncani zəng vurub Ter-Petrosyanla farsca xeyli danışdı...”

İranın görkəmli dövlət xadimi, eks-prezident Haşimi Rəfsəncani vəfat edib. Bu həmin Rəfsəncanidir ki, ötən əsrin 90-cı illərində Tehranda Azərbaycan prezidentlərinin səlahiyyətlərini icra edən parlament spikeri Yaqub Məmmədovla Ermənistan prezident Levon Ter-Petrosyan arasında danışıqlar təşkil etmişdi. Həmin danışıqlarda tərəflər Qarabağda atəşkəsin əldə olunmasına dair razılaşma əldə etmişdilər. Lakin danışıqları başa vurub Tehranı tərk etməyə hazırlaşan Yaqub Məmmədov Şuşanın erməni qüvvələri tərəfindən işğal edildiyi barədə xəbəri aldı. Bu iki hadisənin üst-üstə düşməsi uzun müddət İranın Qarabağ məsələsindəki vasitəçilik roluna şübhə ilə yanaşılmasına səbəb oldu. Bəs əslində necə olmuşdu? Rəfsəncani Şuşanın işğal edilməsinə mane ola bilərdimi?

Keçmiş spiker Yaqub Məmmədov haqqin.az saytına Rəfsəncaninin vəfatı və onun Qarabağa dair vasitəçilik səyləri barədə danışıb. “Rəfəncaninin səfəri məni çox sarsıtdı. O, çox təcrübəli və praqmatik siyasətçi idi. Mənə onunla bir neçə dəfə söhbət etmək nəsib olmuşdu. Bir dəfə mən ona dedim ki, regionun böyük dövlətinin lideri kimi Ermənistana necə təsir edə bilər. Rəfsəncani bu haqda düşünəcəyini dedi və bildirdi ki, Ter-Petrosyanla danışıb Tehranda danışıqlar təşkil etməyə çalışacaq. O vaxtlar bir çox dövlətlər Qarabağ məsələsində vasitəçilik etmək istəyirdi, hətta Vatikan  öz vasitəçiliyini təklif etmişdi. Lakin İranın vasitəçiliyi daha məqbul görünürdü. Və Rəfsəncani bu danışıqları təşkil etmək üçün bütün səyləri göstərdi. Azərbaycan və Ermənistan tərəflərinin yüksək səviyyəli görüşünü təşkil etmək üçün özünün şəxsi nümayəndəsi Mahmud Vaizini və XİN rəhbəri Əli Əkbər Vilayətini Bakıya göndərdi. Nəhayət 1992-ci ilin mayında İranın vasitəçiliyi ilə biz Tehranda Levon Ter-Petrosyanla görüşdük. Atəşin dayandırılması haqda razılaşma əldə etdik. Razılaşmanın altına mən, Ter-Petrosyan və Rəfsəncani imza atdı. Sənəddə Ter-Petrosyan Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımışdı. Bu, razılaşmanın çox mühüm aspekti idi”-Yaqub Məmmədov xatırlayır.

Lakin Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov Tehranı tərk etməyə hazırlaşanda Şuşanın işğal edildiyi haqda xəbəri alır. Bu haqda dərhal onu yola salmağa gələn Rəfsəncaniyə məlumat verir.

“Mən gördüm ki, o, aldığı xəbərdən necə sarsıldı. İran prezidenti dedi ki, elə indi Ter-Petrosyanla əlaqə saxlayıb nə baş verdiyini aydınlaşdırmağa çalışacaq. Mənim yanımda Ter-Petrosyana zəng vurdu və onunla farsca danışmağa başladı. Söhbəti bitirəndən sonra Rəfsəncani dedi ki, Ermənistan prezidenti Qarabağdakı situasiyanın onun nəzarətindən çıxdığı haqda and-aman edir, lakin deyir ki, nəsə etməyə çalışacaq. O,daha sonra Rusiya prezidenti Yeltsinlə əlaqə saxlayıb xahiş etdi ki, situasiyaya müdaxilə etsin. Lakin sonra nəyin baş verdiyi məlumdur. Mən hakimiyyətdən getməli oldum, Rəfsəncaninin missiyası isə təəssüf ki, uğurlu olmadı. İran xalqı onun qismində çox böyük islahatçı dövlət xadimi itirdi. O, İran üçün böyük işlər görmüşdü”-keçmiş spiker xatırlayır.

Virtualaz.org

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Siyasət

“Mən sağlam, konstruktiv tənqidi eşitməyə hazıram” – Mehriban Əliyeva

10.01.17 12:01
Müəllif:
Baxılıb:17

Talış istiqamətində döyüşlər: düşmən itki verib geri çəkildi

10.01.17 12:01
Müəllif:
Baxılıb:14

"Əgər Azərbaycan başlasaydı, İlham Əliyev Qətərə getməzdi"

10.01.17 12:01
Müəllif:
Baxılıb:16

“DQR” bayrağını qaldırmış erməni döyüşçü yarışlardan qovulub

10.01.17 12:01
Müəllif:
Baxılıb:46

Cəbhədə vəziyyətin gərginləşməsinin səbəbkarı Ermənistandır – XİN

10.01.17 12:01
Müəllif:
Baxılıb:52

ERMƏNİLƏRİN HƏDƏFİ NƏRGİZTƏPƏDİ – Cəbhədəki gərginliyin səbəbi açıqlandı

10.01.17 12:01
Müəllif:
Baxılıb:150

“Qarabağı azad etmək və azad yaşamaq istəyiriksə…” – Əli Məsimli

10.01.17 12:01
Müəllif:
Baxılıb:96

Xəbər lenti

28 Fevral
27 Fevral 
22:24 
22:19 
21:58 
10:54 
10:52 
10:45 
10:41 
10:29 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org