Ana səhifə  |  Albomlar    Videolar    24.02.2017
Az  |  Ru
11.01.17 11:01
Baxılıb::130

İlham Əliyev 2017-ci ildə maaş və pensiya artımı haqda

İlham Əliyev 2017-ci ildə maaş və pensiya artımı haqda

2017-ci ildə də maaş və pensiyaların artımı istiqamətində müsbət dinamika olacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Prezident bildirib ki, 2016-cı ildə sosial məsələlər də öz həllini tapıb: “Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biri olmuşdur. 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Yenə də artmalıdır. Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır. Biz ünvanlı sosial yardım ilə bağlı çox önəmli addımlar atmışıq. Yəni, ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Bu yardımın məbləği artır və artmalıdır. Eyni zamanda, sosial ədalətlə bağlı 2016-cı ildə çox önəmli addımlar atılmışdır, xüsusilə kommunal tariflərlə bağlı. Yenə də deyirəm, ehtiyac içində yaşayanlara dövlət öz yardım əlini uzadır və daim bunu edəcəkdir. Orta təbəqənin maraqlarının qorunması üçün çox ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Varlı təbəqə isə dövlətdən dotasiya, hansısa yardım gözləməməlidir. Ona görə kommunal tariflərin diferensiasiyası da bax, bu sosial ədalət prinsipini əsas prinsip kimi götürmüşdür və hesab edirəm ki, sosial məsələlərin həlli işində biz 2016-cı ildə əldə edilmiş uğurlarla fəxr edə bilərik”.

Dövlət başçısı qeyd edib ki, gəlirlərimiz azalır, ancaq insanların maaşları artır: “Sosial infrastruktur layihələri icra edilmişdir. 485 məktəb təmir edilmişdir, 29 yeni məktəb tikilmişdir, 41 xəstəxana tikilmiş və ya təmir edilmişdir. Bax, biz bu layihələrə lazımi qədər vəsait ayırırıq və bu, bir daha bizim sosial siyasətimizi göstərir”.

İlham Əliyev deyib ki, keçən il məcburi köçkünlərin problemlərinin həlli üçün yeni addımlar atılıb, yeni qəsəbələr salınıb: “Bu il də bu proses davam edəcək, yəni, bu məsələ daim diqqət mərkəzindədir. Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq”.

virtualaz.org

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
iqtisadiyyat

Ət sürətlə bahalaşır, heyvan qıtlaşır...

11.01.17 11:01
Müəllif:
Baxılıb:77

Azərbaycandan alınan bəzi mallara görə ƏDV qaytarılacaq - QAYDALAR

11.01.17 11:01
Müəllif:
Baxılıb:97

Xəzərdə üzən təmizləyici stansiya yaradılır - FOTO

11.01.17 11:01
Müəllif:
Baxılıb:56

Pakistanın müdafiə sənayesi naziri Azərbaycanla birgə layihələr haqda

11.01.17 11:01
Müəllif:
Baxılıb:72

13 İLDƏ 40 MİLYARDI KİMLƏR “YEDİ”? – Süleyman İsmayılov ŞOK rəqəm açıqladı

11.01.17 11:01
Müəllif:
Baxılıb:350

Ötən ay Azərbaycanda 105 kq qızıl hasil olunub

11.01.17 11:01
Müəllif:
Baxılıb:90

Zaur Qəhrəmanov: "Türkiyədəki layihələrə 11 mlrd. dollar xərclənib"

11.01.17 11:01
Müəllif:
Baxılıb:129

Xəbər lenti

24 Fevral
14:14 
14:06 
10:06 
23 Fevral 
22:31 
20:11 
20:00 
19:51 
19:43 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org