Ana səhifə  |  Albomlar    Videolar    21.01.2017
Az  |  Ru
11.01.17 11:01
Baxılıb::42

Anomal soyuqlar gəlir

Anomal soyuqlar gəlir

"Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi-Avropada müşahidə olunan soyuq havanın yaxın 1 həftə ərzində Azərbaycanda gəlmə ehtimalı var".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov bildirib ki, Atlantik okeanından gələn mülayim dəniz  və şimaldan gələn mülayim-kontinental hava kütlələrinin qarşılaşması Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi-Avropada güclü qar yağmasına səbəb olub. Onun sözlərinə görə, bu, mülayim kontinental hava kütlələrinin daha uzun müddətli hakim olmasının nəticəsidir: "Azərbaycanda isə atmosfer təzyiqi 750-755 millimetr civə sütunu civarındadır. Təzyiq get-gedə aşağı düşür və belə olduqda soyuq hava kütlələri Azərbaycana gələcək. Lakin ölkəmizə gələnə qədər onlar təsirini müəyyən qədər itirəcək. Çünki həmin hava kütlələri tərkibində olan qar, yağış buludlarının xeyli hissəsini itirərək gələcək. Məsələn, Türkiyədə, Rusiyanın Avropa hissəsindəki qar bizdə olmayacaq. Havanın temperaturu 3-5 dərəcə aşağı düşəcək və iqlim normasına uyğun olacaq".

M.Həsənov vurğulayıb ki, ötən il yağıntının miqdarı bütün ölkə üzrə çoxillik normadan yüksək olub. Onun sözlərinə görə, temperatur həddi isə iqlim normasından 1 dərəcə aşağı müşahidə edilib: "Aylar üzrə götürdükdə isə sentyabr, oktyabr, noyabr aylarında daha çox fərq hiss olunub. Yağıntıların miqdarında yazda bir qədər çoxluq müşahidə edilib. Payız fəslində fərq daha kəskin şəkildə özünü büruzə verib. Son 25 ildə yağıntının belə çox olması qeydə alınmayıb. Yağıntıların çox olması nəticəsində 2016-cı il daha rütubətli il olub".

Milli.Az

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
TƏBİƏT

Qar yağacaq - XƏBƏRDARLIQ

11.01.17 11:01
Müəllif:
Baxılıb:75

Sabah Bakıda yağış yağacaq

11.01.17 11:01
Müəllif:
Baxılıb:37

Sabahın HAVASI

11.01.17 11:01
Müəllif:
Baxılıb:28

Sabah Bakıda 9 dərəcə isti olacaq

11.01.17 11:01
Müəllif:
Baxılıb:26

Hava şəraiti PİSLƏŞƏCƏK

11.01.17 11:01
Müəllif:
Baxılıb:131

Sürüşmə sahələrindəki SON VƏZİYYƏT

11.01.17 11:01
Müəllif:
Baxılıb:39

Yanvarın 6-7-də hava küləkli olacaq

11.01.17 11:01
Müəllif:
Baxılıb:34

Xəbər lenti

21 Yanvar
20 Yanvar 
19:09 
18:44 
15:55 
15:51 
15:43 
15:36 
15:23 
15:17 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org